Əsas Səhifə > Şou-biznes > “Məndən betər filmlərə çəkilənlər də, məndən betər geyinənlər də, danışanlar da olub”
“Məndən betər filmlərə çəkilənlər də, məndən betər geyinənlər də, danışanlar da olub”7-09-2023, 16:12 |
“Qazanc arxasınca qaçmaqdansa uşağımın yanında olmağa üstünlük verirəm” “Ötən mövsüm uzun fasilədən sonra “Zarafatyana” layihəsi ilə sənətə qayıtmışdım. Yəqin ki, bu mövsüm “Zarafatyana”-da mən olmayacam. Layihə əgər olacaqsa, davam edəcəksə hamıya xeyirli-uğurlu olsun deyirəm. Öz istəyimlə layihədən uzaqlaşmışam, amma hamı dostumdur, tanışımdır. Uğurları bol olsun. Efirə qayıdıb-qayıtmayacağımı bilmirəm. Bir serial təklifi var, sabah cavab verəcəyəm. Yəqin ki, yox deyəcəm. Sonuncu televiziya layihələrim ürəyimcə deyildi. Hər biri mənə aidiyyatı olmayan layihələr idi. Dəvət olunmuş aparıcı idim, məndən nə istəyirdilərsə, onu verirdim onlara. Amma bu məni qane etmirdi. Efirdə olan müddətdə nə danışığımda, nə geyimimdə heç bir problem olmayıb. Hətta çəkildiyim filmlərdə də olmayıb. Məndən betər filmlərə çəkilənlər də, məndən betər geyinənlər də, danışanlar da olub. Etik normalar çərçivəsində danışan, geyinən adamam. Sadəcə olaraq o baxır sənə necə baxırlar. Əgər kimsə gözəl baxa bilmirsə, bu onun problemidir. Məndə bir problem yoxdur” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı-aktrisa Könül Yusifqızı deyib. “Sizi efirlər qane edirmi?” sualına isə aparıcı belə cavab verib. “Efirləri izləmədiyimə görə bu suala cavab verə bilməyəcəm. Ona görə yox ki, baxmaq istəmirəm. Sadəcə vaxtım olmur. Vaxtım olanda yalnız yutubda məni maraqlandıran verilişlərə, filmlərə baxıram. Seminarlara, master klaslara qatılıram. Ona görə də televiziyadan ümumiyyətlə xəbərim yoxdur. Çox vaxt televiziyada nə baş verdiyindən tik-tokda xəbər tuturam” deyə aparıcı-aktrisa bildirib. Könül Yusifqızı maddi imkanından da danışıb. “Şükür Allaha. Əlbəttə ki, nə qədər çox olsa ondan da çox olmasını istəyərsən. Allah nəsib bilərsə daha da çox edər. Bir neçə il əvvəl daha çox idi qazanc. Amma mən vaxt tapmırdım ki, övladımla zaman keçirim. İndi qazanc azdır, amma uşağımla daha çox bir yerdəyəm. Qazanc arxasınca qaçmaqdansa uşağımın yanında olmağa üstünlük verirəm. İndi ona daha çox lazımam. Bu il qızımın həyatında çox önəmli ildir, çünki 9-cu sinifdir. İstəyirəm daha çox onun yanında olum. Yəqin ki, Allahın bir bildiyi var” deyə aktrisa-aparıcı bildirib. Geri qayıt |