Əsas Səhifə > Şou-biznes > “Tamaşaçılar eyni mahnıya qulaq asa bilmirlər, bezirlər”

“Tamaşaçılar eyni mahnıya qulaq asa bilmirlər, bezirlər”


3-09-2023, 07:54
“Tamaşaçılar eyni mahnıya qulaq asa bilmirlər, bezirlər”
“Musiqi kollecində böyük bir pedaqoji fəaliyyətim var. 20 ildən çoxdur. Muğam sinfini bitirmişəm. Bəzi səbəblərə görə muğamı davam etdirmədim. Bilirsiniz ki, müğənnini müasir dövrdə öz mahnılarına görə sevirlər. Xalq mahnılarını çox sevirəm. Rəhmətlik Səyyad Əlizadə ilə oxuduğum duetlər məni xalqa sevdirdi. Daha sonra “Dünya sevənlərindir”, “Yarım gözləyir məni”, “Ölə bilərəm”, “Davulçu” mahnılarım çox sevildi. Beləliklə öz cığırım, yolum oldu. Elə zəmanədə yaşayırıq ki, insanlar eyni mahnıya qulaq asa bilmirlər, yorulurlar. İnsanlar müğənnilərə öz mahnılarına görə qulaq asır. Şəxsən mən də eləyəm. Eyni mahnını hamı oxuyacaqsa, onun nəyinə qulaq asım?”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Mənzurə Musayeva deyib. O daha sonra əlavə edib.

“Mən tamaşaçıları nəzərə alıb mahnılarımı seçirəm. Ələxsus da gəncləri... Əvvəl 5 müğənni var idi, fikir-zikir də 5-nin üstündə idi. İndi saysaq bəlkə də 1 milyona yaxın müğənni var. Onların içindən seçim etmək, sevilmək tamam başqa bir şeydir. Müğənni, sənət adamı gərək hər zaman yenilik etsin. Bir müğənni 50 il necə 5 mahnı oxuya bilər? Heç olmasa mahnılarını dəyişdirsin də” deyə müğənni bildirib.

Müğənni anasının dadlı yeməklər hazırladığını bildirib.

“Mənim anam evdə yesəm də, yeməsəm də yemək bişirir. Ona deyirəm ki, mama kökəlirəm. Yeməkləri dadlı, yağlı edir. Adam yeməyə bilmir. Ona görə də zarafatca deyirəm ki, mən gələnə qədər ya yeyin, ya da kiməsə verin. Mən görməyim (gülür). Əlimdən yemək çox dadlı çıxır, sadəcə olaraq vaxtım olmur mətbəxə keçim. Mətbəxə keçəndə də heç kim məni durdura bilmir” deyə müğənni bildirib.
Geri qayıt