Əsas Səhifə > Şou-biznes > "Xarici müğənnilər Bakıda milyonlar qazanır, biz isə..."
"Xarici müğənnilər Bakıda milyonlar qazanır, biz isə..."28-08-2023, 12:56 |
"Şou-biznes açıq kassaya deyil, toya işləyir”. DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev türk müğənnisi Hadisənin Bakı konsertindən 5 milyon lirə (328 000 manat) qazanmasından danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda sənət adamlarının konsertdən pul qazana bilməməsinin səbəbi reklamsızlıq və prodüser məktəbinin olmamasıdır: "Problem müğənnilərdə deyil, kino sahəsində də vəziyyət eynidir. Azərbaycanda prodüser məktəbi hələ formalaşmayıb. Hər adamdan prodüser olmaz. SSRI vaxtı bu sahədə təcrübəsi olan insanlar var idi, müqavilələr bağlayırdılar. Onlar gedib xarici ölkələrdə dövlətlərarası müqavilələr imzalayırdı. İndi onlar yoxdur. Bu işi dövlət görməməlidir”. Sənətkarın fikirincə, Azərbaycanda açıq kassaya işləyən, böyük planda olan müğənni yoxdur: "Müğənnilərin reklamı bizim dairədədir, sərhəddən kənar çıxmayıb. Akademik, vokal sənəti olan müğənnilərimiz var. Onların da Azərbaycanın daxilində belə işləmək imkanları yoxdur. Reklam olunmayıb ki, sənətini təqdim edə biləsən. Azərbaycanda müğənnilər bir neçə gün konsert verir, onların biletlərini satan yoxdur. Belə olan halda sənət adamları konsertdən necə maliyyə götürə bilər ki?". Geri qayıt |