Əsas Səhifə > Şou-biznes > “Qız uşaqları çirkin "qədeşvari" rəqslər edir”
“Qız uşaqları çirkin "qədeşvari" rəqslər edir”24-08-2023, 09:59 |
“Qız uşaqları çirkin "qədeşvari" rəqslər edir”. DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında bəstəkar müğənni Murad Arif yazıb. "İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan oğlanlar məşğələlər yaradır. Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. Biri də demir ki, "ay bala, milli rəqslər belə ayaqlarını əyri qoyaraq oynanılmaz"... Qız uşaqları heç belə oynamaz. İyrəncdir. Nə "müəllimi" qanır, nə də valideyni",- deyə o son zamanlar trend olmuş milli rəqs kurslarını tənqid edib. Qeyd edək ki, son illər toylarda xüsusi rəqs qruplarının sifarişlə rəqs etmələri dəb halını alıb. Əvvəllər belə qruplar yalnız oğlanlardan ibarət idisə, indi qızlar da oğlanlara bənzər qruplar yaradıb, oğlan rəqsləri edirlər. Milli rəqs adı verilmiş bu rəqslər isə əslində peşəkar yox, həvəskar səviyyəsi ilə haqlı narazılıqlara səbəb olur. Geri qayıt |