Əsas Səhifə > Şou-biznes > “Son vaxtlar zövqlər dəyişir, bəlkə də korlanır”

“Son vaxtlar zövqlər dəyişir, bəlkə də korlanır”


21-08-2023, 10:36
“Son vaxtlar zövqlər dəyişir, bəlkə də korlanır”
“Fanaqram müğənninin öz səsidir. Əlbəttə ki, elə yer var ki, orada fanaqram oxumaq lazımdır. Çünki musiqiçilər sənin nə istədiyini ifa edə bilmirlər. Amma başdan ayağa fanaqram oxumaq başqa-başqa şeylərdir. İndi canlı oxuyanlar çox azdır. Bu bəlkə də sağlam həyat tərzinin olmamağından da irəli gəlir. Bir çox sənət adamları siqaret çəkir, bu da onların səsinə pis təsir edir. Bunun səbəbləri çoxdur”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Brilliant Dadaşova deyib. O daha sonra əlavə edib.

“Bizim xalqımız həqiqətən də sevdiyi musiqiyə dəyər verməyi bacarır. Son vaxtlar bəlkə də zövqlər dəyişir, korlanır. Amma yaxşı, səviyyəli musiqiyə qiymət verənlər hələ də var. O vaxt yadımdadır, konsert saat 5-də başlayanda, tamaşaçılar saat 3-dən gəlib dayanırdılar. Yağır yağırdı, amma yenə də çətirlə dayanırdılar. Heç biri çıxıb getmirdi. Stadionlarda, açıq havada olan konsertlərimin hər birində tamaşaçı ilə ünsiyyətdə olmuşam. Onlarla birgə mahnıları oxumuşam. Heç xoşlamıram o konsertləri ki, tamaşaçıları 200 metr uzaqda saxlayırlar, sən fanaqramla oxuyursan. Orada tamaşaçı ilə heç bir münasibət, təmas olmur. Tamaşaçı ilə ünsiyyət, onun sənin mahnılarını oxuması tamam başqa bir şeydir” deyə xalq artisti bildirib.

Xalq artisti “Maç-maç, quç-quç” mahnısının tarixçəsindən də danışıb.

“Oğlum Cahad məni onu öpməyə qoymurdu. Bir gün divara söykənmişdim, dedim ki, nə olar gəl bir dənə səni öpüm də, işim var gedirəm. Dedi ki, yox, istəmirəm. Oğlandır da, qız olsaydı qızlar özləri qaçıb gəlir. Başladım onun üçün oxumağa ki, daşa divarlara sarılmışam, maç-maç, quç-quç darıxmışam. Ağlıma o anda bu mahnı gəldi. Həqiqətən də divara söykənmişdim. Bu mahnını onun üçün 3 il oxudum. 3 il oxuyandan sonra Ənvərə dedim ki, gəl bunu aranjiman edək. Ənvər dedi ki, sən həmişə ciddi mahnılar oxumusan axı. Dedim ki, bir oxu görüm bunu oxumaq asandır?! Çünki mahnı özü zildən başlayır, sonra bəmə enirsən. O illərdən bu mahnı hamının dilində əzbərə çevrildi” deyə sənətkar bildirib.

Geri qayıt