Əsas Səhifə > Şou-biznes > Hüquq mühafizə orqanları Afət Fərmanqızı ilə bağlı niyə TƏDBİR GÖRMÜR?

Hüquq mühafizə orqanları Afət Fərmanqızı ilə bağlı niyə TƏDBİR GÖRMÜR?


19-08-2023, 13:14
Hüquq mühafizə orqanları Afət Fərmanqızı ilə bağlı niyə TƏDBİR GÖRMÜR?
DİA.AZ: - "Saytlarda Afət Fərmanqızı adlı müğənninin orta yaşlı bir nəfəri üzr istətmə videosu yayılıb. Videodan görünür ki, "Afət xanım sənə dediyim sözlər anama, ailəmə, uşağıma getsin" deyən şəxs bu təhqiramiz sözləri deməyə məcbur edilir. Böyük ehtimalla Afətin adamları tərəfindən döyülüb də. İndi bu videonu Afət xanım öz səhifəsində yayıb necə güclü adam olduğunu nümayiş etdirir. Əslində isə Afət adlı müğənni güclü deyil, Azərbaycan hüquq sistemi ayriciliq tanıyır. Bu addımı sıravi bir şəxs atsaydı haqqında ən azı 2-3 maddə ilə cinayət işi açılardı. Kimdir axı bu Afət? Kimdir ki, orta yaşlı bir şəxsi "adamuşkaları" vasitəsi ilə kamera qarşısına çıxardıb alçaldır?" DİA.AZ bildirir ki, bu etirazla tanınmış jurnalist Ruslan Bəşirli çıxış edib.

Jurnalist daha sonra yazır: "Hələ bu videonu yayan "yeni, islahatçı" media qurumunun videonun üzərində yaydığı sözlərə fikir verin: "Təhqir yazanların və deyənlərin hamısı realda bu günə düşür" və gülüş smaliki... Tamam, həmin şəxs Afəti təhqir edibsə, bunun üçün hüquq mühafizə orqanları var. Afət xanım müraciət edə bilərdi və əminəm ki, məsələn mənim kimi 24 ilini mediaya həsr etmiş biri ilə müqayisədə əndirabadi "məndə sığar iki cahan ho ho" mahnısı ifa edən bu müğənninin səsi daha tez eşidilərdi. Amma yox, Afət xanım əndirəbadi mahnılarına rəğmən 200 minlik maşın sürür, böyük villalarda yaşayır. Bütün bunların verdiyi özgüvən bu xanım əfəndiyə hüquq tanımağa imkan vermir. Əvəzində xanım əfəndi qəbilə qanunları və özcəza üsülünu seçir. Həm güc görsənişi edir, həmdə cəzalanmayacağını düşündüyü üçün etdiyi cinayət əməlini yaymaqdan cəkinmir. Buyurun, söz hüquq mühafizə orqanlarınındır. Bizə heç kimin hüquqdan üstün olmadığını göstərin..."

Geri qayıt