Əsas Səhifə > Şou-biznes > `Nikosayağı`nın qəzası Rasim Balayevin `qəzasını` NECƏ UNUTDURDU...

`Nikosayağı`nın qəzası Rasim Balayevin `qəzasını` NECƏ UNUTDURDU...


17-08-2023, 09:01
`Nikosayağı`nın qəzası Rasim Balayevin `qəzasını` NECƏ UNUTDURDU...
DİA.AZ: - Sosial şəbəkələrdə son günlər mövzu dəyişikliyi görünməmiş sürətlə cərəyan etməkdədir. Əgər bir neçə saat əvvəl Rasim Balayev söyülürdüsə, Akif İslamzadə öyülürdüsə, üstündən bir müddət keçmiş, Akif İslamzadəni də Rasim Balayevin gözünə qatıb o ki var qabırğalarına döşədilər.

DİA.AZ bildirir ki, bu vurhavurda ortaya çıxan "Nikosayağı" qəzası həmin mövzuları bir kənara qoyub, yeni müzakirələrə rəvac vermiş oldu. Və hər gün beləcə davam edir...

Məsələ bu deyil. DİA.AZ bildirir ki, tanınmış jurnalist Məhəmmədəli Qəribli isə tez-tez mövzusunu dəyişən sosial təbəqələrin "qəhrəmanları"na, daha dəqiqi, onların kimliyi və keyfiyyətinə diqqət çəkib.

Tanınmış jurnalist yazır: "Son həftənin ən qızğın müzakirəsi Rasim Balayev və Akif İslamzadənin niyə dövlətin verdiyi ali mükafatı qəbul etmələri və tanınmış blogger “Nikosayağı”nın törətdiyi dəhşətli avtomobil qəzası oldu.
İş burasındadır ki, Rasim Baleyi, Akif İslamzadəni tanıyan təbəqə “Nikosayağı”nı, ikincini tanıyanlar isə korifey sənətkarları tanımır. Kimin düzgün və ya səhv addım atdığına toxunmaq istəmirəm.
Məsələ burasındadır ki, onların hər biri öz zəmanəsinin personajı olaraq xalq arasında tanınıblar. Müqayisəni özünüz aparın: sovetlər dönəminin təbliğat vasitələri bizə Akif İslamzadə, Rasim Balayevi tanıdıbsa, müasir trendlərin qəhrəmanı isə “Nikosayağı”, “Baboş”, Ləman kimi adamlar olub. Doğrudanmı, hər bir qəhrəman öz zəmanəsinə bənzəyir?"

Geri qayıt