Əsas Səhifə > Şou-biznes > "Məgər ölkənin bu günə düşməsinə səbəbkar Rasim Balayev və Akif İslamzadədir?"

"Məgər ölkənin bu günə düşməsinə səbəbkar Rasim Balayev və Akif İslamzadədir?"


15-08-2023, 09:24
"Məgər ölkənin bu günə düşməsinə səbəbkar Rasim Balayev və Akif İslamzadədir?"
DİA.AZ: - "Əvvəl Rasim Balayev, indi də Akif İslamzadə. Dostlar, gəlin, bu yersiz qınaqları dayandiraq. Hər kəs haqqında yüksək gözləntilər qururuq, onların qarşılığını görməyəndə də keçirik həmin adamları şiddətlə qınamağa". DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış ekspert Ərəstun Oruclu qeyd edib.
Son günlərin əsas müzakirə predmetlərindən birinə çevrilmiş məlum məsələyə reaksiya verən ekspert "Rasim Balayev əvəzsiz aktyor, Akif İslamzadə isə gözəl ifaları ilə yaddaşlarda qalan və qalacaq müğənni olub. Müxtəlif səbəblərdən hər ikisi uzun illər sənətdən və diqqətdən kənarda qalıb" deyərək tersiz müzakirə açanlara çağırışda da buulunub:
"Bizim onlardan əsas umacagimız parlaq sənət nümunələri olmalıdır ki, onlar da həmin gözləntiləri tam doğruldublar. Bəs biz necə: diqqətdən kənarda qaldıqları dövrdə onların ünvanına hansısa bircə xoş söz yazmışıq? Xeyr!
O zaman nədir tələbimiz? Nəhayət, məgər ölkənin bu günə düşməsinə səbəbkar Rasim Balayev və Akif İslamzadədir? Bəlkə düzgün hədəfləri seçmək daha səmərəli olardı? Məncə - hə!
Qaldı bu sənətkarlara, onlar hər ikisi Azərbaycanın ən yüksək mükafatlarına layiqdir. Şəxsən mən Rasim Balayevin rollarına sevə-sevə baxmağa və Akif İslamzadənin ifalarını böyük həvəslə dinləməyə davam edəcəyəm.
Hər iki böyük sənətkarı da yubileyləri münasibətilə ürəkdən təbrik edirəm və onlara uzun, sağlam ömür arzulayıram!"

Geri qayıt