Əsas Səhifə > Şou-biznes > “Oğlumun meyxanadan xoşu gəlmir”

“Oğlumun meyxanadan xoşu gəlmir”


8-08-2023, 11:02
“Oğlumun meyxanadan xoşu gəlmir”
“Oğlumun meyxanadan xoşu gəlmir”.

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış meyxanaçı Oqtay Kamil “Xoş gəldim” verilişində deyib.

Sənətçi “Bu, sizin xətrinizə dəymir” sualını da cavablandırıb:

“Oğlumun meyxanadan xoşu gəlmir, heç vaxt da meyxana dinləmir. Onun fikrinə hörmətlə yanaşıram. Heç mən özüm də istəmirəm o, meyxanaçı olsun. Polis olmaq istəyir”.

O, həyat fəlsəfəsindən də danışıb: “Həmişə həyat fəlsəfəm bu olub ki, həyatda buraxdığım səhvləri uşaqlar, eləcə də oğlum təkrarlamasın”.

Geri qayıt