Əsas Səhifə > Şou-biznes > "İlhamə Quliyeva haqqında ağızlarına gələni danışırlar"

"İlhamə Quliyeva haqqında ağızlarına gələni danışırlar"


6-08-2023, 17:30
"İlhamə Quliyeva haqqında ağızlarına gələni danışırlar"
“İlhamə xanım sərt qadın olub. Buna baxmayaraq, o, ürəyiyumşaq və zərif idi. Onun sağlığında ona salam vermək üçün sıraya düzülürdülər. İndi isə həmin insanlar İlhamə xanımın yoxluğundan istifadə edib, onun haqqında ağızlarına gələni danışırlar”.

DİA.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın böyük bacısı Gülbahar Quliyeva “Retro Bakı” verilişinə müsahibəsində deyib. O, bacısı İ.Quliyevanın Xalq artisti Flora Kərimova ilə aralarında yarım əsrdən çox davam edən qalmaqaldan söz açıb. O bildirib ki, İlhamə Flora ilə yola getməsə də, onun sənətini hər zaman sevib:

"Bacım İlhamə xanım Flora Kərimovanın sənətini çox sevirdi və bəyənirdi. Doğrudur, onlar bir-biri ilə yola getməsələr də, lakin hər ikisi böyük sənətkardır. İlhamə xanım kimi sənətkarın sözünü danışmaq düzgün deyil. Onun sağlığında danışardınız da... Amma o dünyasını dəyişəndən sonra hamınınızın dili uzandı. Niyə?

İlhamə xanım mənə və digər bacımız İradə xanıma da deyirdi ki, məni “krujeva”larla bəzədilmiş tabutda basdırın. Biz onun bu sözünü zarafata salırdıq. Amma bacım çox gözəl rəhmətə getdi. O heç başa düşmədi ki, o öldü. İlhamə xanım bilsəydi ki, öləcək, o həmən dəqiqə ölərdi. O, ölümlə heç zaman razılaşmayıb. Çox ağır xəstə idi. Amma o xəstəliyini də heç zaman büruzə vermirdi. İlhamə xanım gözəlliyini də itirmirdi".

G.Quliyeva bacısı İ.Quliyevanın tez-tez onunla sözlərinin çəp düşdüyünü də etiraf edib:

“Bacım İlhamə xanım sağ ikən efirdə mənə komplimentlər edirdi. Hamıdan da çox mənə sözünü deyib. Hamıdan da çox onu istəmişəm. O mənim böyüyüm, bacım idi. Bizdə elə şey yoxdur ki, böyük söz desin, kiçik isə qaçsın efirə şikayət eləsin. Hamıdan çox mənimlə işi olub. Çünki İlhamə xanımla mənim xasiyyətim eynidir. O da söz götürən deyil idi, mən də".

Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-i ürək çatışmazlığından vəfat edib.
Geri qayıt