Əsas Səhifə > Şou-biznes > ”Şəfiqə xanımı içimizə soxdular”

”Şəfiqə xanımı içimizə soxdular”


1-08-2023, 11:52
 ”Şəfiqə xanımı içimizə soxdular”
"Təəssüflər olsun ki, kino sənətində yaşlı nəsilin nümayəndələrinin əksəriyyəti dünyasını dəyişib. Biz isə barmaqla sayılası qədər qalmışıq”.

DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Ənvər Həsənov deyib. Aktyor kino sənətinin inkişaf edəcəyinə ümid etdiyini söyləyib:

"Sabah Azərbaycanın kinosunun 100 illiyi, eyni zamanda Milli Kino Günüdür. Mədəniyyət Nazirliyinin bayramla əlaqədar təşkil edəcəyi tədbirə mən də dəvət aldım. Çalışacağam ki, iştirak edim. Həmin tədbirdə biz bayramımızı qeyd edəcəyik. Amma kinonun problemləri danışmaqla bitməz, onları qurultaya saxlayacağıq. Sevinirəm ki, yeni nazir gəlib, bəlkə bu problemləri onun sayəsində aşa bildik. Naziri tanımıram, amma hiss edirəm ki, bu sahədə işlər görəcək. Həm nazirdir, həm də kinonu sevən biridir. Ona böyük bir ümid bəsləyirəm, əminəm ki, kino sənətində böyük dəyişiklik olacaq”.

Ənvər Həsənov kino ittifaqlarının birləşməsindən də söz açıb:

"Artıq iki ittifaq birləşib, bir birlik adı altında fəaliyyət göstərəcək. Bir ölkədə iki ittifaq olar? Bu hansı ölkədə var idi? Şəfiqə xanımı gətirib saldılar içimizə, bizi də böldülər iki yerə. Yaxşı ki, təşkilatlar birləşdi”.

Geri qayıt