Əsas Səhifə > Şou-biznes > "Xalq bizi bizdən yaxşı tanıyır"

"Xalq bizi bizdən yaxşı tanıyır"


1-08-2023, 08:39
"Xalq bizi bizdən yaxşı tanıyır"
“Bəzən indi çəkilən filmlərlə o illərdə çəkilən filmləri müqayisə edirlər. Mənə elə gəlir ki, bunlar müqayisə olunmaz dərəcədə bir-birlərindən fərqlənirlər. Zaman hər şeyi həll edir. Bunu heç kim deyə bilməz ki, indiki filmlər yaşayacaq yaxud da yaşamayacaq?! “O olmasın, bu olsun” filmi çəkiləndə deyiblər ki, bu nə filmdir, biyabırçılıqdır! Hətta o vaxt “Kommunist” qəzetində filmlə bağlı bir məqalə də çıxmışdı. Yazmışdılar ki, bu film Azərbaycan xalqına qarşı böyük bir ləkədir. “O olmasın, bu olsun” filmi hazırda Azərbaycan kinematoqrafiyasının şah əsərlərindən biridir. Görürsünüz?! Film parıldadı və öz layiqli yerini tutdu. Aktyorlar işləyirlər də. Ola bilsin ki, bir az bəsitdirlər, amma əsas odur ki, iş gedir. Maraqlı aktyorlar yetişir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili teatrın aparıcı aktyoru, xalq artisti İlham Namiq Kamal deyib. Sənətkar heç vaxt qalmaqalları izləmədiyini bildirib.

“Xalq bizi bizdən yaxşı tanıyır. Öz işlərimlə məşğulam. Çəkilirəm, verilişlərə gedirəm, haqqımda verilişlər çəkirlər, kitablar yazırlar. Heç bir vəzifə arzusunda olmamışam. Vəzifə üstündə qırğına çıxırlar. Vallah ayıbdır, xalq bizə baxır. Bu qalmaqal kimlərə lazımdır? Sənətkar mənə elə gəlir ki, sənəti ilə məşğul olmalıdır. Sənətkarın vaxtı olmalı deyil. Öz rejimini elə bölüşdürməlidir ki, boş vaxtı qalmasın. İnsan alicənab, ağayana olmalıdır. O aktyor ki, qürurunu saxlaya bilmir, ondan aktyor olmayacaq. Əsl aktyor istedadından əlavə ağıllı və tərbiyəli olandır” deyə sənətkar bildirib.

Xalq artisti qonorarından da danışıb.

“Dəvət edən rejissor da bilir ki, kimi dəvət edir. Biz də soyğunçuluqla məşğul deyilik ki (gülür). Ortaq məxrəcə gəlirik. Bir məsələ var, biz o vaxtı filmlərə çəkiləndə geyimlərimizi, ayaqqabılarımızı kinostudiya təşkil edirdi. İndi dəvət edəndə deyirlər ki, öz geyiminlə çəkiləcəksən! Bu o deməkdir ki, sənin geyimlərin də sıradan çıxacaq. Sən evdə olan-qalan geyimlərini gətirib orada xarab edəcəksənsə, ondansa çəkilmə də. Nə zülmdür həmin filmə çəkiləsən?” deyə sənətkar deyib.

Geri qayıt