Əsas Səhifə > Şou-biznes > Cavanşir Məmmədov keçmiş kürəkənini HƏBS ETDİRDİ
Cavanşir Məmmədov keçmiş kürəkənini HƏBS ETDİRDİ24-07-2023, 10:57 |
Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi keçirilib. DİA.AZ APA-ya istinadla xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kemal Mustafa 6 il 6 ay azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Xatırladaq ki, prokuror 8 il azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Geri qayıt |