Əsas Səhifə > Şou-biznes > “Sənətə gətirdiklərimin əksəriyyəti məni unudub, heç yadlarına da düşmürəm”

“Sənətə gətirdiklərimin əksəriyyəti məni unudub, heç yadlarına da düşmürəm”


22-07-2023, 09:43
“Sənətə gətirdiklərimin əksəriyyəti məni unudub, heç yadlarına da düşmürəm”
“Çəki atmağıma məndən də çox ətrafımda olan insanlar sevinir. Bəzən özüm də şok oluram. Deyirlər ki, çox gözəlsiniz, özünüzü həmişə bu cür formada saxlayın. Öz-özümə düşünürəm ki, ay Allah, gör nə qədər günah edib, insanları məyus etmişəm. Bilsəydim kaş çoxdan arıqlayırdım. Arıqlamağa davam edəcəyəm. Bu cür mənə də xoşdur”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. Müğənni illər əvvəl bir çox gənclərə dəstək olduğunu açıqlayıb.

“O qədər insanların əlindən tutub səhnəyə gətirmişəm ki. Bu gün bir çoxları onu unudub. Heç yadlarına da düşmür, salamı da güc-bəla ilə verirlər. Gözləri ayaqlarının altını görmür. Bu bəlkə də mənim səhvimdir, amma mən beləyəm. Xasiyyətimi dəyişə bilmərəm. Başıma nə iş gəlirsə ürəyi yumşağlığımdan, xasiyyətimdən irəli gəlir. İnsanlara layiq olduğundan çox dəyər vermək də olmaz” deyə Mətanət İsgəndərli deyib.

Müğənni mərhum atasını da xatırlayıb.

“Atam əmək qəhrəmanı olub. Qızıl ordenləri, medalları var idi. Atama o vaxt ev verdilər, evi götürmədi, dedi ki, mən qardaşımdan ayrıla bilmərəm. Elə bilirdi ki, yeni ev alsa onu qardaşından kimsə ayıracaq. Bir həyətdə qaldılar, atam o evi istəmədi. Bir ilin içində rəhmətə getdilər. Ailədəki mehribanlığı atamızdan, anamızdan görmüşük. 4 bacı, 1 qardaşıq. Bütün xoş günlərimiz bir yerdə olur. Mehribanlıqdan gözəl nə ola bilər ki?! Adam var ki, illərdir bacısı, qardaşı ilə danışmır” deyə müğənni bildirib.

Geri qayıt