Əsas Səhifə > Şou-biznes > “Həkim dedi ki, mənim yanıma hamı ölçü böyütməyə gəlir, sən ölçülərini kiçiltməyə gəlmisən”

“Həkim dedi ki, mənim yanıma hamı ölçü böyütməyə gəlir, sən ölçülərini kiçiltməyə gəlmisən”


19-07-2023, 17:29
“Həkim dedi ki, mənim yanıma hamı ölçü böyütməyə gəlir, sən ölçülərini kiçiltməyə gəlmisən”
“Mən tanımadığım, bilmədiyim insan haqda heç vaxt fikir bildirmirəm. Kənardan hansısa hərəkətinə görə o insana antipatiyam ola bilər. Sevmədiyim insana fikir də bildirmirəm. Bəzən sosial şəbəkələrdə haqqımda tanımadan nələrsə yazırlar. Ətrafımızda haqqımızda mənfi rəy yaradan insanlar var. Bu əlbəttə ki, böyük bir günahdır”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Roza Zərgərli deyib.

“Məni tanıyan hər bir yeni şəxs haqqımda deyir ki, sən nə yaxşı qızsan, çox sadəsən. Hətta tanımazdan öncə deyirdilər ki, düşünürdük ki, çətin xasiyyətli adamsınız, kəsicisiz. Bu normal haldır. Məni hər adam tanıya bilməz. Efir başqadır. Efirdə olduğum kimi görünsəm belə bəzi çərçivələrdən kənara çıxa bilmirəm. Çərçivədən çıxsam bu artıq peşəkarlıq sayılmayacaq. Bəzən dünya ulduzları ilə bizim müğənniləri müqayisə edirlər. Mən həm də prodüsserəm. Azərbaycanda müğənni çoxdur. Bizim onlardan fərqimiz odur ki, kariyeramızla özümüz məşğul oluruq. Geyimindən tutmuş öz piyarına qədər özümüz özümüzü təqdim edirik. Xaricdə belə deyil. Xaricdə müğənni üzərində xüsusi işləyirlər, böyük layihələr edirlər” deyə müğənni bildirib.

Müğənni plastik əməliyyatlardan da danışıb.

“Mənə baxıb bədən şəkilləndirmə etdirirdi çoxu. Həkimin yanına gedib dedim ki, yeriyə bilmirəm, məni liposaksiya edin. Həkim dedi ki, mənim yanıma hamı ölçü böyütməyə gəlir, sən gəlmisən ki, ölçülərimi kiçilt. Hətta həkim zarafatca dedi ki, sən mənə antireklam qazandırırsan. Həkimim sonradana and-aman etsə də ki, vallah Roza xanım bədən şəkilləndirmək etdirməyib, ona inanan olmadı” deyə müğənni bildirib.

Müğənni ilk avtobioqrafik romanı olan “Sibir çiçəyi”n dən də danışıb.

“Əvvəl fikirləşirdilər ki, müğənnidir də, onun yazdığı kitab nə olacaq? Mən kitabda heç nə gizlətməmişəm. Özüm haqqında açıq-aydın məlumat vermişəm. İlk səhifələrini oxuyan insanlar bir gün ərzində kitabımı tamamlayıb. Bu mənim üçün çox sevindirici bir hal idi. Çünki mən yazar deyiləm, peşəm rejissorluqdur. İki kitabım da hazırdır, hələ işlərimin çoxluğundan çapa verilməyib” deyə müğənni Roza Zərgərli deyib.

Roza Zərgərli sənət rəqabətlərindən də danışıb.

“Rəqabət başqa şeydir, paxıllıq başqa. Heç kim etiraf etməz ki, səninlə rəqabətim var. Uğurlu qadına özlərini rəqib sayan çox adam olur. Mənimlə rəqabət aparmaq mümkün deyil. Hər zaman özüm qalib oluram. Sağlam rəqabət başqa şeydir. Hər kəsə sağlam rəqabət arzulayıram” deyə müğənni bildirib.

Geri qayıt