Əsas Səhifə > Şou-biznes > “Üzdə olduğumuz üçün hər addımımız danışılır”

“Üzdə olduğumuz üçün hər addımımız danışılır”


13-07-2023, 09:01
“Üzdə olduğumuz üçün hər addımımız danışılır”
“O vaxtın trendi bir başqa cür idi. Mahnı işıq üzü görən kimi avtomobillərdə qulaq asılırdı, sənə gələn dəvətlərdən bilirdin ki, mahnı sevilib ya yox?! Bizi yaşadan mahnılarımızdır. Nə etsən də alınmayacaq?! Məşhur insanların həyatı hamıya maraqlıdır. Üzdə olduğumuz üçün hər addımımız müzakirə olunur, danışılır. Belə şeylərə normal baxıram”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında məşhur və sevilən müğənni Sevda Yəhyayeva deyib.

“Bizim işimiz kənardan o qədər asan görünür ki. Dəbdəbəli, parlaq, əziyyətsiz. İnsanlar da fikirləşə bilər ki, bunlara nə var? Geyinib-keçinib, səhnəyə çıxıb oxuyurlar. Əslində bizim sahəmiz ən çətin sahədir. Ona görə də düşünürlər ki, gəlib bir mahnı oxuyub, varlı olacağam. Əksər hallarda insanlar sənətə pula, ad-sana görə gəlir” deyə sənətçi bildirib.
Müğənni övladından da danışıb.

“Qızım 8 aylıqdır. Allah bütün balaları saxlasın. Allaha şükürlər olsun ki, ən böyük arzuma çatmışam. Bütün balaları Allah saxlasın. Allah hamını öz arzusuna çatdırsın. Arzular heç vaxt bitib, tükənmir. Təki Allah bizə ömür versin ki, övladlarımızı ürəyimiz istədiyimiz kimi böyüdək, başa çatdıraq” deyə müğənni bildirib.

Müğənni həkim həyat yoldaşı ilə bağlı da etiraflar edib.

“Biz bir-birimizi tamamlayırıq. Bunu ilk aylarda bilmək çox çətindir. 2 ilə yaxındır ki, ailə həyatı qurmuşuq, indi tam rahatlıqla və əmin halda deyə bilərəm. Çox sevinirəm ki, qarşıma onun kimi bir insan çıxıb. Xoşbəxt qadınam ki, alicənab, ailəcanlı, hörmətcil, diqqətcil insanla tanış olmuşam. İnşallah ki, axıra qədər belə olacağına əminəm” deyə müğənni bildirib.

Müğənni bahalı mikrofonu ilə bağlı suala da cavab verib.

“Bu mikrofondan bir Rihannada, bir də Cenifer Lopezdə var. Çünki eyni şirkət hazırlayıb. Svarovski qaşlarla bəzədilib. 10 ildən çoxdur ki, mikrofon məndədir. Konsertlərdə istifadə edirəm. Həm də düşünürəm ki, niyə də öz mikrofonum olmasın? Bir çox müğənnilərin özəl mikrofonları var” deyə Sevda Yəhyayeva bildirib.

Geri qayıt