Əsas Səhifə > Şou-biznes > “Özümü maksimum 45 yaşında hiss edirəm, 7-dən sonra yemirəm”

“Özümü maksimum 45 yaşında hiss edirəm, 7-dən sonra yemirəm”


8-07-2023, 12:49
“Özümü maksimum 45 yaşında hiss edirəm, 7-dən sonra yemirəm”
“ “Ulduz” filmindəki Yetər obrazı məni unutmağa qoymur. Bəzən küçədə gedəndə deyirlər ki, bağışlayın adınız yadımızdan çıxıb, olar sizə Yetər deyək? Deyirəm ki, olar (gülür). Bu ad mənimlə qoşalaşıb. Küçədə də adi insan kimi gedə bilmirəm. Hamı salamlaşır, ünsiyyət qurur, şəkil çəkdirir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında aktrisa, əməkdar artist, florist Suğra Bağırzadə deyib.

“Məktəbi bitirəndə artıq iki filmə çəkilmişdim. İstəyirdilər ki, məni Moskva Kinematoqrafiya institutuna yollasınlar. Atam icazə vermədi. Ona qarşı çıxa bilməzdim. 2-ci sinifdən isə böyük sənətkarlarla filmlərin dublyajında iştirak edirdim. İlk filmimi Hökümə Qurbanova və Ələsgər Ələkbərovla birlikdə səsləndirmişəm. Yadımdadır, mikrofona heç boyum da çatmırdı. Ayağımın altına böyük bir qutu qoymuşdular. Əli Zeynalov, Məlik Dadaşov kimi sənətkarlarla film səsləndirirdim. Bunun özü o vaxt üçün böyük bir cəsarət tələb edirdi” deyə aktrisa bildirib.

Suğra Bağırzadə əsərlərindən də danışıb:

“Güllərin, çiçəklərin nazı ilə çox oynayıram. Heç bəlkə də mənim nazımla bu qədər oynamayıblar (gülür). İnsan ömrünü güllərlə bağlayırsa, o insan xoşbəxt insandır. Mənim işim, işçi materialım güllərdir. Mən bu güllərə o qədər minnətdaram ki. Həyatıma o qədər gözəllik, sakitlik verirlər ki. Güllərin ömrünü uzadıram. Həyatda bundan gözəl nə ola bilər?! Bu mənim uşaqlıq arzum idi. Çoxlu dibçək gülləri alırdım. Anamın da güllərə sevgisi bir başqa idi. O güllər solanda halımız pis olurdu. Sonra qərara aldım ki, onları bu şəkildə yaşadım” deyə aktrisa bildirib.

Aktrisa baxımlı olmağının sirlərindən də danışıb:

“Özümü maksimum 45 yaşımda hiss edirəm. Çünki buna maneçilik törədən yoxdur. Özümə qarşı çox diqqətli və tələbkaram. Mənim üçün gözəllik ilk növdəbə tərbiyədir. Gözəllik qadın üçün bəzən problemə də çevrilir. Rutinim var. Mütləq səhərlər idmanla məşğul oluram. Çalışıram ki, gündəlik 5 kilometr parkda gəzim. Səhərlər mütləq zəfəranlı çay içirəm. Axşam saat 7-dən sonra heç nə yemirəm. Özümə, rejimimə ciddi yanaşıram. Evdə də normal, sadə geyinirəm, saçım hər zaman səliqəli olmalıdır. Qadının ən yaxın dostu güzgüdür. Hər bir evdə güzgü var. Qadın özünü güzgüdə qeyri-normal görəndə, özü-özünün xoşuna gələ bilərmi? Əgər xoşuna gəlmirsə, yoldaşının da xoşuna gəlməyəcək. Qadın özünə qarşı tələbkar olmalıdır” deyə sənətkar bildirib.

Geri qayıt