Əsas Səhifə > Şou-biznes > "AYB-nin o qədər mənasız üzvləri var ki, Elza onların yanında toya getməlidir"
"AYB-nin o qədər mənasız üzvləri var ki, Elza onların yanında toya getməlidir"4-07-2023, 17:06 |
"Son dövrlərdə Yazıçılar Birıiyinin belə uğurlu üzvü olmayıb”. DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında yazıçı Kəramət Böyükçöl müğənni-bəstəkar Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olmasından danışarkən deyib. Yazıçı qısa vaxt ərzində müğənninin üzv olduğu qurumdan istefa verəcəyini bildirib: "Yazıçılar Birliyinin o qədər istedadsız, mənasız üzvləri var ki, Elza Seyidcahan onların yanında toya getməlidir. Elza xanım tanınmış olduğu üçün bu məlumat müzakirə mövzusu oldu. Yazıçılar Birliyinin o qədər belə üzvləri var ki, biri qoyun kəsib, biri motal pendiri gətirib əvəzində üzv olub. Tam səmimi deyirəm. Guya Yazıçılar Birliyinə kim gəlirdi? Kim ora üzv olurdu ki? Elza Seyidcahan da bilmir, başı çıxmır söhbətdən. Elə bilir ki, Yazıçılar Birliyinin üzvü olmaq adama hörmət gətirir. Cəmiyyəti öz canında hiss edə bilməyən adamdır, həvəslənib ora üzv olub. Kəndə gedəndə deyirdilər ki, Yazıçılar İttifaqının üzvüdürsə, demək yaxşı yazır. Bakıya gələndə soruşurlar ki, birliyin üzvüsən, deyirəm yox, məni ordan çıxarıblar. Deyirlər ki, çıxarıblarsa, demək yaxşı yazır. Ölkənin bu başı ilə o başı arasında 8 saatlıq, amma düşüncələri arasında 8 əsrlik fərq var. Elza Seyidcahan hələ o düşüncədədir ki, guya birliyin üzvü olmaq yaxşı şeydir və adama hörmət gətirir. Biraz ayılsa, ordan çıxacaq. Oranın müsbət bir imici yox. Elza xanım mənim dostumdur, bir-birimizin xətrini çox istəyirik, münasibətimiz var”. Yazıçı Şərif Ağayar isə deyir ki, Elza xanımın şeirləri Çingiz Abdullayevin romanlarından qat-qat maraqlıdır: "Təbrik edirəm, Elza daha istedadlıdır. Ən azı yazdıqlarının ahəngi, orijinal allirtasiyası var. Ümumilikdə o maraqlı xanımdır. AYB-dəkilərin çoxundan daha üstün, istedadlı və yaxşı... Ora nəyə gedib, bilmirəm. Yəqin yaxşı tanımır onları”. Qeyd edək ki, müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev bu gün müğənniyə üzvlük biletini təqdim edib. Geri qayıt |