Əsas Səhifə > Şou-biznes > "Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil"

"Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil"


22-06-2023, 11:17
"Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil"
“Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil. Valideyn statusu biz övlada təhsil vermək, sağlam və xoşbəxt böyüməsinə şərait yaratmaq, onu heç kimdən asılı etməyəcək həyat səviyyəsinə yaxınlaşdırmaq, kimi öhdəliklərə məsul edir”.

DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Leyla Əliyeva sosial şəbəkədə qeyd edib.

O, qızların tez evləndirilməsinə qəti qarşı çıxdığını vurğulayıb: “Bütün bunları edərkən valideyn heç bir şəkildə təmənna güdmür və güdməməlidir. “Sənin üçün gecələr yatmadım”, “Sənin üçün nə qədər pul xərclədim”, “Sənə görə özümü ikinci plana keçirdim” kimi fikirlərə köklənib “Öl desəm, öləcəksən, qal desəm, qalacaqsan” xülyasına düşməyək. Onların seçim etmək hüququ var. Biz onları istiqamətləndirmək üçünük. Onların nə uşaqlığını, nə də gəncliyini əllərindən ala bilərik. Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən məhrum etməyin. Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin. 14-15 yaşında qız uşaqdır. O, təhsil almalıdır, inkişaf etməlidir, özünü qorumalıdır”.

Geri qayıt