Əsas Səhifə > Şou-biznes > “Mahnılarıma xərclədiyim pulları başqa şeylərə xərcləsəydim milyonçu olardım”
“Mahnılarıma xərclədiyim pulları başqa şeylərə xərcləsəydim milyonçu olardım”21-06-2023, 08:53 |
“35 ildən çoxdur sənətdəyəm. Bəlkə də mahnılarıma xərclədiyim pulu, mən indiyə qədər nəyəsə xərcləsəydim, milyonçu olardım. Saysız-hesabsız mahnılarım var. Bunların hamısını tamaşaçılar üçün, sevənlərim üçün etmişəm. Onlar dinləyib sevildikcə, vallah elə xoşbəxt oluram ki. Budur məni yaşadan” DİA.AZ bildiir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. Müğənni bayağı ifaçılardan da gileylənib. “Hər zaman belə olub. Bu gün bir çoxları bayağı musiqilərdən şikayətlənir, gileylənirlər. Vallah, hər zamanlarda bayağı musiqi olub. O vaxtın da öz bayağıları olub. Amma ələnib, yaxşıları qalıb, pisləri gedib. Zaman hər şeyi həll edir. Bu asan sənət deyil. Çox çətin sənətdir. Bir müğənninin yetişməyi üçün, ən azı 25-30 il vaxt lazımdır. İndi çox asandır, 25-30 günə müğənni yetişir. Bilirsiniz niyə? Çünki sosial şəbəkələr hər şeyi asanlaşdırdı, əlçatan etdi. Biz başlayanda fanaqramalar yox idi. Bu gün karaoke oxuyanlar, səsini xüsusi effektlərlə yazdıranlar müğənni olmaq iddiasına düşürlər. Gənclərin içində istedadlıları da çoxdur. Tanına bilərsən, amma tamaşaçıların sevgisini qazanmaq çətindir” deyə müğənni bildirib. Müğənni artıq çəki atacağını da bildirib. “Yenidən əməliyyat etdirəcəm. 10 kilo da istəyirəm çəki atım. İdman etməyə vaxtım yoxdur. Elə insan var ki, çox yeyir, amma arıq qalır. Vallah məndə elə deyil. İndi şirniyatdan tamamilə uzaqlaşmışam, yeməyi də çox az yeyirəm. Səhnə adamıyam, buna məcburam. Gözəllik qurban tələb edir” deyə əməkdar artist bildirib. Geri qayıt |