Əsas Səhifə > Şou-biznes > Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı

Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı


8-06-2023, 08:23
Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradoba (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb.

DİA.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Geri qayıt