Əsas Səhifə > Şou-biznes > Razinin maşınını kim bu hala salıb?
Razinin maşınını kim bu hala salıb?5-06-2023, 12:00 |
Tanınmış bloqer və model Razi Əliyevanın (Raziyyat) “Mercedes” markalı lüks avtomobilinin yararsız hala salınması ilə bağlı məlumat yayılıb. DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, R.Əliyevaya qarşı fiziki zorakılıqda və digər qanunazidd hərəkətlərdə şübhəli bilinərək saxlanılan Ziya Hüseynzadənin ona daha əvvəl bağışladığı avtomobili geri tələb etdiyi bildirilir. R.Əliyevanın imtinasından sonra Z.Hüseynzadənin Raziyə əvvəl bağışlamış olduğu və dəyəri 250 min manata yaxın olan “Mercedes GLE 53” markalı avtomobili daha sonra əzdiyi, şüşələrini qıraraq yararsız hala saldığı iddia edilir. Hadisənin konkret hansı tarixdə və hansı ərazidə baş verməsi qeyd edilməyib. Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, iddialarla bağlı araşdırmalar aparılır: “Bu iddialar istintaq predmetidir, istintaqla araşdırılır. Zərərçəkmişin və ailə üzvlərinin verdiyi məlumatların xüsuslar üzrə araşdırılması davam etdirilir”. Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə R.Əliyeva ilə bağlı videolar yayılıb. Bu videolarda Ziya qadını xəyanətdə ittiham edib. Daha sonra R.Əliyeva fiziki şiddətə məruz qaldığını bildirərək görüntülər yayıb. Bundan sonra Z.Hüseynzadə barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Hüseynzadə istintaq müddəti üçün 4 ay müddətinə həbs edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Geri qayıt |