Əsas Səhifə > Şou-biznes > Kənan MM nazirliyə müraciət etdi: `Böyrəyimi satıram`

Kənan MM nazirliyə müraciət etdi: `Böyrəyimi satıram`


30-05-2023, 16:02
Kənan MM nazirliyə müraciət etdi: `Böyrəyimi satıram`
Kinorejissor, aktyor Kənan Mahmudov (MM) Mədəniyyət Nazirliyinə müraciət edib.

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, o, facebook hesabında nazirliyə müraciətində qeyd edib:

“Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”,- deyə o bildirib.

Aktyorun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.

Geri qayıt