Əsas Səhifə > Şou-biznes > "İndi mənim o yaşım deyil ki, kiminləsə qalmaqal edim"

"İndi mənim o yaşım deyil ki, kiminləsə qalmaqal edim"


23-05-2023, 11:56
"İndi mənim o yaşım deyil ki, kiminləsə qalmaqal edim"
“Efirdə adamı sürüklüyüb salırlar o ciddiliyə”.

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev efirdə deyib.

Adının qalmaqallarda hallanmasının hər zaman əleyhinə olduğunu deyən sənətçi çox vaxt özündən asılı olmayaraq buna təhrik olunduğunu bildirib:

“İndi mənim o yaşım deyil ki, kiminləsə qalmaqal edim. Tanınmamış müğənniyə ola bilsin ki, kiminləsə qalmaqal yaratmaq lazımdır. Hərdən məni görənlər deyir, səni belə tanımazdım. Deyirəm, nə mənada. Deyir, sən çox sadə, çox fərqlisən, amma efirdə başqa cür görünürsən. Deyirəm, efirdə elə hallarla qarşılaşırsan, o məqamda sadəlik gözə görünmür, sözünü yeritmək istəyirsən ki, belə yox, belədir. Amma burada oturub qardaşyana çay içirik.

Məni çox ciddi adam kimi tanıyırlar. Amma yumoru sevən, deyib-gülən adamam. Amma efirdə adamı sürüklüyüb salırlar o ciddiliyə. Əsəbi insan kimi görünürəm. Əslində, mən çox səmimiyəm, deyib-gülməyi, zarafat etməyi bacarıram”.

Geri qayıt