Əsas Səhifə > Şou-biznes > Şeyx Əbdül nazirdən Prezidentə şikayət edəcək
Şeyx Əbdül nazirdən Prezidentə şikayət edəcək22-05-2023, 17:55 |
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov oğlunu işdən çıxardan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə bağlı Prezidentə teleqram ünvanlayacaq. DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. Əbdül Mahmudbəyov deyir ki, bir həftədir Sahil Babayevdən xəbər gözləyir: "Amma o mən boyda kişini saymır. Bunlar üçün heç bir qanun yoxdur. Bunlar nə istəyir onu da edirlər. Gözləyirəm, neçə gündür bir xəbər yoxdur, Sahil Babayev mən boyda sənətkarı saya saymır. Ədəb-ərkanı gözlədim, amma o məni saymadı, oğlumun işdən çıxarılmasına münasibətimi bildirdim, nazirdən cavab gözləyirəm. Əgər, mənə cavab verməzə, birbaşa Prezidentə teleqram göndərəcəm ”. Xalq artisti hesab edir ki, onun oğlunu işdən qərəzli şəkildə çıxarıblar:"Elə bilir ki, dövlət idarəsi dədəsinin xüsusi mülkidir, necə istəsə işçiləri ilə davrana bilərlər. İşçini psixdirib, məcbur ediblər ki, işdən çıxsın. Camaat iş tapa bilmir, mən bu məsələni belə qoymayacam”. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun oğlunu işdən çıxarıb. Nazirin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub. Geri qayıt |