Əsas Səhifə > Şou-biznes > “İran rejiminin bu cür reaksiya verəcəyini gözləyirdik, amma... “
“İran rejiminin bu cür reaksiya verəcəyini gözləyirdik, amma... “17-05-2023, 11:39 |
Məlum olduğu kimi, “Bu şəhərdə”nin Heydər Əliyev Sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan , "Milyonçu şouda iranlı nazir" başlıqlı səhnəcik İran sosial mediasında müzakirələrə səbəb olub. “Əvvəlcədən bu cür reaksiya olacağını gözlənilən idi. Amma həmin səhnəcikdə hər şey real faktlar əsasında deyilib”. DİA.AZ bildirir ki, bu sözləri qalmaqala səbəb olan səhnəciyi canlandıran, Əməkdar artist Rafael İskəndərov “Musavat.com-a açıqlamasında deyib. Aktyor səhnəciyin sonunda “O taylı-bu taylı azərbaycanlılar” xitabı ilə güneyli şair Səhəndin “Arazı ayırdılar” şeirini səsləndirməsinin də ciddi rezonans doğurmasına münasibət bildirib: “Bu şeir də faktlar, reallıq əsasında yazılıb, deyilir. Hamı bilir ki, bundan əvvəl də bu şeir ciddi səs-küyə səbəb olmuşdu. Amma bir daha qeyd edirəm, bu şeir heç nədən yaranmayıb, hadisələrə əsaslanaraq, xalq tərəfindən yaradılıb. Təbii ki, İran rejimi bunu qəbul edə bilmir və bundan sonra da hər dəfə səslənən də ciddi reaksiya verəcək”. “Qarşıda bu cür səhnəciklər yenə də olacaqmı?” sualına Əməkdar artist bu cür cavab verib: “İnşallah ki, olar. Bu işə Müşviq Abbasov baxır. Əgər ssenari yazarsa təbii ki, biz də məmnuniyyətlə oynayarıq”. Xatırladaq ki, "Milyonçu şouda iranlı nazir" başlığı ilə “Youtube” platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra Teleqram kanallarında paylaşılıb. Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırkı durumu yumorla göstərilib. İranda azərbaycanlıların ana dilindən məhrum edilməsi, Tehran-İrəvan qardaşlığı, Müharibə zamanı ölkəmizə İranın deyil, İsrailin dəstək verməsi, Təbrizin Azərbaycanın qədim şəhəri olması, İslam Respublikasından ölkəmizə qeyri-qanuni yollarla narkotik ixracı kimi sualları doğru cavablandıran iranlı nazir obrazı güneylilər arasında rəğbətlə qarşılansa da, İran mediası bunu təhqir olaraq dəyərləndirib. “Tehran mediası səhnəcikdəki dialoqu “tarixin saxtalaşdırılması” adlandıraraq, tamaşaçılara yalan informasiyanın çatdırılmasında aktyorları günahlandırır. Həmçinin, sonda Rafael İsgəndərovun “O taylı-bu taylı azərbaycanlılar” xitabı ilə güneyli şair Səhəndin “Arazı ayırdılar” şeirini səsləndirməsi isə Quzey sənətçilərinin Xordad qiyamı ərəfəsində Güneylə həmrəylik göstərməsi kimi qarşılanıb. Geri qayıt |