Əsas Səhifə > Şou-biznes > “Çoxları oxumaqla qışqırmağı səhv salırlar”

“Çoxları oxumaqla qışqırmağı səhv salırlar”


13-05-2023, 09:30
“Çoxları oxumaqla qışqırmağı səhv salırlar”
Tanınmış müğənni Tacir Şahmalıoğlunun “xanımlar zəngulə vurmamalıdırlar” sözü xanım xanəndələr tərəfindən birmənalı qarşılanmayıb.

DİA.AZ-ın məlumatına görə, əməkdar artist Sevinc Sarıyeva Moderator.az-a açıqlamasında bildirib ki, sənətdə qadın yaxud kişi ayrı seçkiliyi etmək düzgün hal deyil.

“Əvvəla Tacirə, onun sənətinə çox böyük hörmətim var. Tacir fenomen oxuyandır. Oxuduğu bütün mahnılara möhürünü vurub. O deyib ki, qadın xanəndələr zəngulə vurmamalıdır. Bu onun şəxsi fikiridir. Mən bu fikirlə heç cür razı deyiləm. Salavat gücə bağlıdır. Səhnə meydandır. Oxumaq nə qadına baxır, nə də kişiyə. Sənətdə qadın, kişi yoxdur. Səs varsa orada zəngulə də vurmaq lazımdır. Tükəzban İsmayılova, Sara Qədimova boğaz vurublar, belə çıxır ki, onlar səhv ediblər ki? Zəngulə kişi üçündürsə, o zaman kişilər vursunlar. “Şahnaz”, “Qatar” muğamlarının hamısı səs tələb edən muğamdır. Onu da həmişə qadınlarımız oxuyub. Xan əmi kimi boğaz vur, qadınlar da çəkilib dayansın kənarda. Hamı məni zənguləli oxuyan bilir. Mən zəngulə vurmayanda deyirlər ki, Sevinc oxumadı. Camaat istəyir ki, zəngulə oxuyuram da. Onun bu sözləri məni zəngulə vurmaqdan çəkindirməyəcək, əksinə hər zaman zəngulə vuracam” deyə sənətkar xanım bildirib.

Əməkdar artist Nuriyyə Hüseynova isə bildirib ki, qışqırmaqla oxumağı çoxları səhv salır:

“Bilmirəm, Tacir Şahmalıoğlu nədən qaynaqlanıb, məsələyə bu cür yanaşıb. Mən belə düşünmürəm. Ümumiyyətlə, zəngulənin də, nəfəslərin də, uzatmaların da artığı ziyandır. Hər şey yerli-yerində olmalıdır. Bu heç kimə də xoş gəlmir. Elə mahnılar var ki, onların bəzəyi özündəndir. Orada muğam ifa edərsənsə, mahnı basqı altında qalacaq. Bəzən müğənnilərimiz bunu bilmir, gözəl bir mahnının içində muğam oxuyurlar. Muğam o mahnını yaddan çıxarır. O ki, qaldı qadın ifaçıların zil oxumasına.. İfaçı zil oxuya bilər, səs diapazonunu göstərə bilər. Dünya şöhrətli Selin Dionun səsinin diapazonu görün nə boydadır. Necə gözəl oxuyur, insan ondan zövq alır. Orası elədir ki, qışqırmaqla oxumağı çoxları səhv salıb. Elə oxuyurlar ki, üzr istəyirəm ağızlarında neçə dişi var, hamısı görünür. Çox təəssüf ki, bizdə xanəndələr üçün ifaçılıq məktəbi yoxdur” deyə sənətkar bildirib.

Geri qayıt