Əsas Səhifə > Şou-biznes > 12 yaşına kimi heç bir fotosu yoxdur

12 yaşına kimi heç bir fotosu yoxdur


11-05-2023, 16:20
12 yaşına kimi heç bir fotosu yoxdur
DİA.AZ: - ATV kanalında yayımlanan reytinqli “Günün sədası” verilişinin qonağı gənc müğənni Nuran olub.

DİA.AZ xəbər verir ki, televiziya ulduzu Nanə Ağamalıyevanın aparıcılıq etdiyi proqramda olan ifaçının efirdə həyatı və karyerası barədə süjet göstərilib.
Qeyd olunub ki, 1995-ci ildə Bakıda anadan olan Nuranın uşaqlıq illəri xeyli dinamik və qəribə keçib. Bir neçə dəfə məktəb dəyişdirən Nuranın 12 yaşına qədər heç bir fotosu mövcud deyil. Bunun səbəbi çəkisinin artıq olması və nəticədə şəkillərinin hamısını kəsib-doğramasıdır. Ünsiyyətdən qaçan, özünə qapanmış uşaq olub.

Gənc müğənninin sözlərinə görə, media sahəsində fotoqraf kimi kifayət qədər tanınan biridir. İndi isə pop artist kimi həyatında yeni səhifə açıb. Özünü muğam sənətində tapmasa da, mahnı janrında sınamağa qərar verib.
“Şıkı-şıkı baba” adlı mahnısına çəkdirdiyi klipi barəsində sənətçi “Ruhiyyə Əliyeva olmasaydı, heç nə olmayacaqdı” – deyə, bildirib. Gənclərə daim dəstək olan Ruhiyyə Əliyeva Nuranın da yeni layihəsində ən xırda detala kimi özü maraqlanıb. “Liatris Holding” şirkəti Nuranın bütün işlərinə dəstək olur.

12 yaşına kimi heç bir fotosu yoxdur

Geri qayıt