Əsas Səhifə > Şou-biznes > "Ağlasılğmaz dərəcədə özüm haqqında şayiələr eşitmişəm, artıq təəccüblənmirəm"
"Ağlasılğmaz dərəcədə özüm haqqında şayiələr eşitmişəm, artıq təəccüblənmirəm"4-05-2023, 09:56 |
Əməkdar artist Könül Kərimova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin söhbəti təqdim edir: -Könül xanım, necəsiz? Özünüzü necə hiss edirsiniz? -Düzünü deyim ki, bir o qədər də yaxşı deyiləm. Özümü yaxşı hiss etmirəm. Yaxşı hiss etməməyə də səbəb çoxdur. Amma əfsuslar olsun ki, bu səbəbləri deməyəcəm. Sadəcə çalışıram ki, yaxşı olum. -Etiraf etməyi sevirsiniz? -Bəli, etiraf etməyi sevirəm. Həm də çox. Etiraf edəndə özümü çox yaxşı hiss edirəm. -Könül xanım, sizcə tamaşaçılarla hər şeyi bölüşmək olar? -Tamaşaçılarla hər şeyi bölüşmək əslində düzgün deyil. İstərdim hər şeyi bölüşüm. Bəzən belə hallar da olur. Amma sonradan peşmanlıq çəkirəm. Təəssüflər olsun ki, tamaşaçıların hamısı eyni fikirdə, düşüncədə deyil. Bu kiməsə xoş gəlir, kimsə bundan istifadə edir. Başlayırlar öz düşüncə tərzlərinə uyğun ssenari yazmağa, nəsə uydurmağa. Nəticədə ağlasığmaz dərəcədə özün haqqında elə şayələr eşidirsən ki, dəhşətə gəlirsən ki, bu sənin haqqında danışır? Ona görə də mənə elə gəlir ki, tamaşaçı ilə hər şeyi bölüşmək lazım deyil. Bir az sirli qalsan daha yaxşıdır. -Özünüz haqda eşitdiyiniz ən qəribə şayə hansı olub? -Düzünü deyim ki, haqqımda qəribə şayələr çoxdur. Dünən də olub, bu gün də var, sabah da olacaq. Sadəcə, bir növ artıq alışmışam şayələrə. Ona görə də çox adi qarşılayıram. Əvvəllər çox narahat olurdum, özümə qapanırdım. İndi gülümsəyib keçirəm. Ətrafımdakılar da bunu bilir. O şayələrin mənim üçün qəribəliyi qalmayıb artıq. -Tamaşaçılardan gileylisiniz? -Əslində tamaşaçılardan gileyli deyiləm. Əgər tamaşaçı nəyisə düzgün anlamırsa, düzgün seçim etmirsə, bu tamaşaçının günahı deyil. Bu təbliğatın zəifliyi və yaxud da güclü təbliğ olunmamasıdır. Burada televiziyaların da günahı var. Tamaşaçı ən çox nəyi eşidirsə, görürsə, düşünür ki, ən yaxşısı da budur. Əzəldən belə olub da, indi belə deyil ki. Yaxşı müğənni, özünə dəyər verən, hörmət edən sənətkar kütlənin arxasınca qaçmamalıdır. Kütləni öz arxasınca aparmağı bacarmalıdır. -Həyatınızda nə çatışmır? -Həyatımda huzur, rahatlıq, dinclik çatmır. -Oğul nənəsi olmağa gecikirsiniz.. -3 ildir ki, nənə statusunu daşıyıram. Oğlumun da ailə həyatı qurmasını istərdim. Hələ ki, sevdiyi bir xanım yoxdur. Qismət nə vaxtdırsa o zaman da olacaq. Özü qərar verib, seçim edəcək. İnşallah ki, oğlumun da balasına nənəlik etməyi arzulayıram. -Ən yaxın sənnət dostunuz kimdir? -Bu hamıya bəllidir. Ən yaxın sənət dostum Cabbar Musayevdir. -Yeni mahnılar yazdırırsınız? -Gözəl mahnı ifa etmək bizim işimizdir. Yeni klip çəkilişimiz oldu, yaxın günlərdə tamaşaçıların ixtiyarına verəcəyik. Həmişəki kimi rejissor Xəyalla gözəl bir klip ərsəyə gətirmişik. Geri qayıt |