Əsas Səhifə > Şou-biznes > “Toylara aparıcı kimi getməyi özümə qadağan etdim, bütün həyatım dəyişdi”

“Toylara aparıcı kimi getməyi özümə qadağan etdim, bütün həyatım dəyişdi”


29-04-2023, 10:10
“Toylara aparıcı kimi getməyi özümə qadağan etdim, bütün həyatım dəyişdi”
“Bəzən tələsirik, istəyirik ki, tez edək, amma tez olsa da yaxşı alınmır. Yemək bişməyəndə onu yemək mümkün olmur. Aktyorluq elə bir sənətdir ki, tələsmək olmaz. Tələsəndə işin keyfiyyəti də olmur. Korifey aktyorların illər əvvəl bizim haqqımızda dediyi mənfi sözlərə əvvəl haqq qazandırmırdım. Amma bu gün o dediklərindən bəzilərini qəbul edirəm. İllər əvvə çəkildiyim epizodlara baxanda “bu nədir?” deyirəm. Onlar məndən 30-40 il qabaqdadırlar deyə, səhvlərimizi daha yaxşı görə bilirlər. Bunu tənqid formasında desələr əlbəttə ki, səhvlərimiz tez görərik. Amma bunu təhqir yaxud da qərəzli şəkildə deyəndə qəbul etmirəm. Bizə irad tutan aktyorların keçmişdə səhvləri olmayıb ki? Əlbəttə ki, olub. Onların hamısına böyük hörmətim var”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib.

“2010-cu ildən toylara aparıcı kimi getməyi özümə qadağan etdim. Həyatımdan bütün sosial şəbəkələri sildim. Hər gün 5 saat vaxtım yarandı. Başladım kitab oxumağa. Bütün həyatım dəyişdi. Oxumaq bir yerdən sonra məndə xəstəliyə çevrildi. Kitab oxumasam yata bilmirəm. Bu gün hansı kitab varsa, onu oxuyuram. Kitab oxumaq mənim həyatımı, dünyaya baxışımı dəyişdi. Sosial şəbəkəsiz həyat həqiqətən də çox gözəldir. Sosial şəbəkədə həyatımı paylaşmadıqca daha çox yaşamağa başladım. Əvvəl nə yeyirdimsə, haranı gəzirdimsə hamı kimi sosial şəbəkədə paylaşırdım. Bu yemək, gəzmək mənim üçündür. Bəzi şeyləri həyatımda paylaşılmaz etdim. Elməddini insanlar üçün yox, özümü özüm üçün yaşamağı öyrəndim” deyə aktyor bildirib.

Aktyor bildirib ki, işləyən insan üçün istirahət mütləqdir.

“Bir neçə il istirahətsiz çalışmışdım, filmlər, seriallar çəkirdik. Yay ayında 1 həftə, 10 gün istirahət sayılmır axı. Ötən il çox istirahət etmişdim. Xarici ölkəyə getmişdim, sırf özümə görə. 20 ildir dayanmadan işləyirəm. Bu mövsüm verilişi də bağladım. Düzdür, seriallar çəkilir, baş prodüsser, layihə rəhbəri kimi nəzarət edirəm. Aktyor kimi çəkilmirəm. İnsan ard-arda çəkiləndə özünü təkrarlayır. Fasilə verəndə, istirahət edəndə insanın beyninə yeni ideyalar gəlir. Özümə söz vermişəm ki, bu il çox istirahət edəcəyəm” deyə aktyor bildirib.

Aktyor xarici ölkədə başına gələn maraqlı əhvalatı da bizimlə bölüşüb.

“Xarici ölkədə dənizdə çimirəm. Mən də dənizin dibinə, dərinliyinə getməyi çox sevirəm. Nə qədər edirəmsə, duzu çox olduğundan girə bilmirəm. Gördüm zənci bir oğlandır, inglis dilini falan bilmirəm. Ümumiyyətlə mən xaricdə inglis dilində danışmıram. Azərbaycan dilində danışıram. Pulu görən kimi adam məni başa düşür. Həm də fikirləşirəm ki, pulu verən mənəm, mən niyə onun dilini bilməliyəm ki? O mənim dilimi bilsin də (gülür). Ondan xahiş etdim ki, məni suda batırsın. O zənci bir neçə dəfə məni suyun dərinliyinə saldı. Gəlib mənə qulluq edir, həm də o qədər gülür ki. O bilir ki, mən onu tanımıram. Çıxdıq gəldik, dənizin kənarında günəşlənməyə getdim. Gördüm ki, hamı gəlib bununla şəkil çəkdirir. Sən demə o 9 nömrəli məşhur fubtolçu, hücumçu Antonio Marseldir” deyə aktyor bildirib.

Geri qayıt