Əsas Səhifə > Şou-biznes > “Space” yenə durğunluq dövrünə qayıdır: VADO KOROVİN KANALI BATIRIR
“Space” yenə durğunluq dövrünə qayıdır: VADO KOROVİN KANALI BATIRIR18-04-2023, 12:07 |
“Space” televiziyası bir neçə əvvəlki dövrdə olduğu kimi yenə durğunluq dövrünə qayıdıb. Artıq bir sıra şirkətlər kanalla bağlanan reklam müqavilələrini yeniləməkdən imtina edir. Buna səbəb isə televizyaya yeni təyin baş direktor Vado Korovinin televiziyanı təhvil aldığı reytinqdə saxlaya bilməməsidir”. DİA.AZ bildirir ki, bu iddia ilə Gununsesi.info-ya adıçəkilən kanalda çalışan əməkdaşlar bildirib. Onların iddiasına görə, televiziya həyatın bütün sahələrini işıqlandırmalı olan bir platforma olsa da Vado Korovin ancaq bəlli bir sahəyə köklənib ki, bu da televiziyanın auditoriyasının itirilməsinə gətirib çıxarıb. Əməkdaşların sözlərinə görə, “Space”in son illərki tarixində ən uğurlu rəhbər Müşfiq Hətəmov olub. Qeyd edək ki, Müşfiq Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu. Onun təyinatından sonra “Space”də ciddi irəlləyiş oldu. Hətta əməkdaşların aylardan bəri yığılıb qalmış əmək haqları ödənilib. Onun gedişi ilə kanalın xəbər siyasəti demək olar ki, çöküb. Geri qayıt |