Əsas Səhifə > Şou-biznes > “İnana bilmədim ki, bu, mənim telefonumdur”

“İnana bilmədim ki, bu, mənim telefonumdur”


7-04-2023, 19:48
“İnana bilmədim ki, bu, mənim telefonumdur”
Niyaməddin Musayev Məmməd Arazın “Dünya sənin, dünya mənim” şeirinə nəğməni xəstəxanada yatan zaman bəstələmişdi. Elə xəstəxana stolunun üstünə çırtma vura-vura...

Belə başlamışdı mahnının hekayəsi...

O gündən indiyədək dillər əzbəri olan sənət əsəri 37 il sonra trendə çevrilib.

İndi hər yerdə - küçədə, telefonda, sosial şəbəkə platformalarında, radiolarda bu mahnı səslənir. Təbii ki, yeni aranjimanda.

“Dərviş band” qrup mahnıya yeni nəfəs verib. Bunun da çox maraqlı hekayəsi var. Və bu hekayə 90-cı illərin əvvəllərinə, şəhid Bünyadəli Pələngova bağlanır.

1992-ci ildə Ağdamın Papravənd kəndində şəhidlik zirvəsinə ucalan və Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırılan Bünyadəli Pələngov hərbçi həyatından öncə peşəkar səviyyədə gitara ifaçısı olub. Ən sevdiyi müğənni də Niyaməddin Musayev imiş. Bu sevginin nəticəsi idi ki, Bünyadəli Pələngov qızının adını Niyaməddin Musayevin “Röya” mahnısından götürür.

Pələngovlar ailəsində ən çox səslənən, eşidilən Niyaməddin Musayevin mahnıları olub. Qəhrəmanımızın şəhidlik zirvəsinə ucalmasından sonra bu səs uzun müddət evdən kəsilib.
İllər keçir, şəhidin oğlu Anar Bünyad atasının sənətə və sənətçiyə olan sevgisini davam etdirir. Və bu sevgidən “Dünya sənin, dünya mənim” mahnısı yeni aranjimanda “dünyaya gəlir”.

DİA.AZ bildirir ki, “Qafqazinfo”nun qonağı olan Anar bəy deyir ki, əslində, bu aranjiman 2012-ci ilə təsadüf edib. O vaxt “Sirat” rok qrupunun ifasında da müəyyən məkanlarda səslənib, amma indiki kimi səs-küy salmayıb.

Məşhurluq isə “Səs Azərbaycan” verilişinə xüsusi qonaq kimi dəvət olunandan sonra başlayıb. Anar Bünyad deyir ki, veriliş efirə gedən günün səhəri yuxudan oyandım ki, nə qədər zəng, mesaj gəlib.

“İnana bilmədim ki, bu, mənim telefonumdur”- deyir Anar Bünyad.

Anar bəyin inanmadığı təkcə bu deyil, deyir həm də ona da inanmazdım ki, nə vaxtsa Niyaməddin Musayevlə eyni səhnəni bölüşəcəm...




Geri qayıt