Əsas Səhifə > Şou-biznes > "İndiyə qədər onu yuxularımda görürəm..."
"İndiyə qədər onu yuxularımda görürəm..."24-01-2014, 08:44 |
![]() Rəqqasə Oksana Rəsulovanın Milli.Az-a müsahibəsi. -​ Uşaqlıqdan bu vaxta qədər başınızda qalan adət hansıdır? -​ Cizgi filmlərinə baxmaq. Uşaqlıqda cizgi filmlərinə həddindən artıq çox baxırdım. İndi də bu vərdişimi tərgidə bilməmişəm (gülür). -​ Həyatınızda ən acı həqiqət hansıdır? -​ Ailə, övlad sahibi olmamağım. -​ Bəs xoşunuza gəlməyən nədir? -​ Yalançı və paxıl insanların olmağı. Bəzən də bu insanların təsadüfən gəlib mənim əhatəmə düşməsi. -​ Paxıllığınızı çəkənlər çoxdur ki? -​ Bəli, belə insanlar var. Amma bilmirəm ki, mənim paxıllığımı niyə çəkirlər. -​ Elşad Xosedən niyə ayrıldınız? -​ Bu ailədaxili sirrdir. Onu açıqlamayacam, yalnız bunu deyə bilərəm ki, mən bir daha ona qayıtmayacam. -​ Ondan sonra sizə elçi düşən olub? -​ Xeyr, buna imkan verməmişəm. -​ Bəs yenidən ailə qurmaq haqqında düşünürsünüz? -​ Bundan sonra düşünmürəm. -​ Bu yaşa qədər nəyə cəhd etdiniz ki, o, sizdə alınmadı? -​ Ailə qurmaq məndə alınmadı. -​ Nə dəyişib sizdə? -​ Sərtləşmişəm. Rəfiqələrimi həyatımdan silmişəm. -​ Sizin üçün çətin olan nədir? -​ Səbrli ola bilmirəm. Çox səbrsiz insanam. -​ Sonucu dəfə haçan ürəkdən oynamısınız? -​ Mən bütün rəqslərimi ürəkdən oynayıram. Xüsusən də hind rəqslərini. Bu, məndə çox yaxşı alınır. -​ Nədən soyumusunuz? -​ Sanki bir az işlərimdən soyumuşam. Təsəvvür edin ki, mən müqavilə əsasında Hindistana getməliyəm, amma nədənəsə getmək istəmirəm. Heç özüm də bunun nə ilə əlaqədar olduğunu bilmirəm. -​ İndiyə qədər qəlbinizi ağrıdan səhvləriniz var? -​ İki böyuk səhvim var ki, onun təsiri hələ də məndə qalıb. Amma onların nə olduğunu deməyəcəm. -​ Nədən gileylənirsiniz? -​ Haqsızlıqdan, qadın zorakılğından, ananın istəyə-istəyə doğulmamış uşağından qurtulmaq istəməsindən və s. -​ “Başınızı götürüb” hara qaçmaq istəyirsiniz? -​ Anamın, atamın yanına. Orada rahatlıq tapıram. -​ Kompleksləriniz var? -​ Bəli, var. Amma açıqlamayacam, çünki şəxsidir. -​ Çıxılmaz vəziyyətə düşəndə nə edirsiniz? -​ Çalışıram ki, özümü itirmədən ələ alıb problemi həll edim. -​ Gözünüzün qabağından getməyən hadisə hansıdır? -​ Yaxın rəfiqələrimdən birinin yas mərasimi, onu məzarda görmək heç vaxt gözümün qabağından getmir. İndiyə qədər onu yuxularımda görürəm. -​ Get-gedə sizdən nəyin uzaqlaşdığını hiss edirsiniz? -​ Gənciliyimin... -​ Nəyə peşmansınız? -​ Anamın sözlərinin qədrini bilmədiyim üçün peşmançılıq hissi duyuram. İndi ağıllanmışam. -​ Mən təəssüf edirəm ki... Bu fikri necə tamamlamaq istərdiniz? -​ Mən təəssüf edirəm ki, ötən illərimi qaytara bilmirəm. Hər şeyi başqa cür başlamaq şansım olmadığına görə çox üzülürəm. Geri qayıt |