Əsas Səhifə > Şou-biznes > "Bir istedad parlayırsa, qəsdən bədbəxt etməyin, yazıq deyil?"

"Bir istedad parlayırsa, qəsdən bədbəxt etməyin, yazıq deyil?"


25-03-2023, 09:50
"Bir istedad parlayırsa, qəsdən bədbəxt etməyin, yazıq deyil?"
DİA.AZ: - 26 may opera studiyasinin səhnəsində istedadli rejissor Emil Quliyevin yaradıcılıq axşami baş tutacaq ("Pərdə" trlogiyası, "Əqrəb mövsümu") Görüşdə suallar ve cavablar, maraqli söhbət, aftoqrafsessiya sizi gozləyir.
Biletlər 15-30 azn: 0513033540

***

Qeyd edək ki, bu tədbirə fərqli reaksiya verənlər də var. Məsələn, jurnalist Elmar Hüseynov maraqlı açıqlaması ilə diqqətə gəlib. DİA.AZ bildirir ki, E.Hüseynov Emil Quliyevlə bağlı baş verənləri bu şəkildə şərh edib:

"Başa düşdük, Emil Quliyev yaxşı rejissor olmaq yolunda irəliləyir. Amma ağ eləməyin də. Yazıqdır. Bir istedad parlayırsa, qəsdən bədbəxt etməyin, yazıq deyil?
Bu adam hələ yaradıcılığın enişindən yoxuşuna qalxmaq istəyir e. 15-30 Azn-ə bilet satışı qoyub onu da dost tanışınıza aldıracaqsınız. Guya adamın PR-ını edirsiniz. Bundansa Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşünü təşkil edin. Rejissor, aktyor olmaq istəyən, bu yolda maneələrlə rastlaşanlara təkan versin. Ölkədə 1 yox, onlarla Emil Quliyev yetişsin. O zaman dəstək göstərdikləri də onun yaradıcılıq gecəsini keçirsinlər. Haqqında ölkə kənarından heç bir kinotənqidçinin xəbəri olmayan, bəlkə də gələcəyin parlaq rejissoru olacaq bir gənci məhv etməyin!"

Geri qayıt