Əsas Səhifə > Şou-biznes > "Gülyaz xanımın sonacan mənə olan inamı bizi uğura səslədi"
"Gülyaz xanımın sonacan mənə olan inamı bizi uğura səslədi"22-03-2023, 10:04 |
Xəbər verdiyimiz kimi, ötən gün “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin qalibi məlum olub. Zülfü Əsədzadə müsabiqədə birinci olmağı bacarıb. DİA.AZ musavat.com-a istinadla bildirir ki, ifaçı sosial şəbəkədə öz təəssüratlarını bu cür bölüşüb: “Dünəndən bugünə kimi məni tanıyan, tanımayan insanlardan o qədər xoş təbriklər alır, gözəl sözlər eşidirəm ki, həqiqətən var olun hər biriniz. Səslərinizi halal edin, çünki bu qalibiyyət sizlərin zəhmətidir! “İctimai” kanalın rəhbəri başda olmaqla, bu layihənin ərsəyə gəlməsində əməyi olan, əziyyətimizi çəkən hər kəsə dərin minnətdarlığımı bildirirəm! Dəyərli münsiflərimiz, İlqar Xəyal, Samirə Əliyeva, sevimli aparıcımız əziz Azər Süleymanlı – hər birinizə təşəkkür edirəm! Yarışma sayəsində o qədər gözəl insanlar tanıdım, dostlar qazandım ki, onlardan da biri və birincisi, bizim gözəl sənətkarımız, əziz Gülyaz Məmmədova oldu. Hələ ilk turda, “görmədən seçimlərdə” ürəyimin səsinə qulaq asıb Gülyaz xanımın adını çəkdim, komandasına qoşuldum. Ürəyimin səsi, Gülyaz xanımın sonacan mənə olan inamı bizi uğura səslədi, qalib etdi. Çox sağ olun hər şeyə görə, dəyərli Gülyaz xanım!” Zülfü Əsədzadə ustadları Aybəniz Haşımovaya, Əliəhməd İbrahimova da öz təşəkkürünü bildirib. Xatırladaq ki, Zülfü Əsədzadə Əməkdar artist Aybəniz Haşımovanın yetirməsidir, uzun illər “Bülbüllər” qrupunda ifa edib. Geri qayıt |