Əsas Səhifə > Şou-biznes > “AzTV-də çıxış edib, metroya düşüb, camaatın gözünün içinə baxırdım ki, görəsən...”

“AzTV-də çıxış edib, metroya düşüb, camaatın gözünün içinə baxırdım ki, görəsən...”


13-03-2023, 09:22
“AzTV-də çıxış edib, metroya düşüb, camaatın gözünün içinə baxırdım ki, görəsən...”
“Bizim sahəmizdə yatırım edənlər çatışmır. Gələcəyə inanıb yatırım etmək lazımdır. Bu sahəyə böyük pullar yatırtmaq olar ki, sonra həmin filmi netfliksə, digər bazarlara satasan. Yalnız Azərbaycan bazarını düşünmək lazım deyil. Bizdə pul xərcləmək istəmirlər.100-200 minə maksimum nə etmək olarsa, senarist də, mən də onu edirəm. Çünki büdcə məlumdur. Bundan artığını istəmək də olmur”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Fərda Xudaverdiyev deyib.

“Komediya aktyorlarımız çoxdur. Mən yenə də özümü rəqibsiz hesab edirəm. Mənə elə gəlir ki, hər yaradıcı insan bu cür düşünməlidir. Hər kəs bir nömrə olmaq istəyir. Sən öndəsənsə, müəyyən kütlən varsa, seçilirsənsə bir nömrə də olmaq istəyəcəksən. Heç kim deməz ki, filankəs məndən daha güclüdür. Desələr belə yalan demiş olacaqlar. Onlardan qabağa başqa bir insan keçərsə, o dəqiqə tədbir görəcəklər. Amma mən bundan heç vaxt qorxmamışam. Bu illər ərzində məni sevən, yumorumu qəbul edən adam onsuz da məni axtaracaq. 5-10 il də efirlərdə olmasam, kinolara, seriallara çəkilməsəm məni yenə də axtaracaqlar. O vaxt məşhurlaşanda mənə mane olanlar da olurdu. Bəzi sənətkarlar o vaxt deyirdilər ki, “bunlar kimdir ki, efirə buraxırlar, universitet bitirməyiblər, onları ləğv etmək lazımdır” deyə Fərda Xudaverdiyev deyib.

Aktyor bəzi sənət yoldaşlarından gileylənib.

“Adımı o qədər eşidirəm ki. O qədər yerlərdə hallandırırlar ki. Sizin işiniz-gücünüz qurtarıb? Fərdanı nə qədər müzakirə edərlər?! Bir adam tamaşaçıların qəlbində taxt qurubsa, onu nə qədər ləkələyirsən ləkələ, tamaşaçılarn gözündən bir damcı da olsa sala bilməzsən. İnsanlar keyfiyyətə baxır. Bu sənət aləmində elələri var ki, sırf instaqram üzərində tanınır, izlənilir. İnstaqram bağlansa, onların kitabı da bağlanacaq” deyə aktyor bildirib.

Fərda Xudaverdiyev ilk məşhurlaşdığı günü də xatırlayıb.

“1996-cı ildən tanınmışam. O vaxt bir dövlət televiziyamız var idi. Aztv-də çıxış edib, metroya düşüb, camaatın gözünün içinə baxırdım ki, görəsən məni tanıyırlar yoxsa yox? (gülür). Onun-bunun gözünün içinə baxırdım ki, məni tanısınlar. Ən böyük uğurum 2002-ci ildə “Tək səbir” verilişi ilə oldu. 3 həftədən sonra tanınırdım, məşhurlaşmışdım. Qohumlarım, qonşularım belə çaşıb qalmışdılar ki, bu qədər uşaq sənin qapında nə gəzir?! Anam yuxudan oyatdı ki, dur gör qapıdakı uşaqlar nə istəyir. 2 həftə evimizi axtarıb, tapmışdılar. Hər şey bu cür başladı” deyə sənətçi bildirib.

Geri qayıt