Əsas Səhifə > Şou-biznes > Səməd Vurğun kimin təbliğatını necə aparıb...

Səməd Vurğun kimin təbliğatını necə aparıb...


13-03-2023, 08:29
Səməd Vurğun kimin təbliğatını necə aparıb...
DİA.AZ: - "Farslar Nizami Gəncəvidənsə, Səməd Vurğuna dadansalar daha qazanclı çıxarlar işin içindən". DİA.AZ bildirir ki, bu iddia ilə tanınmış şair Aqşin Yenisey çıxış edib.

A.Yenisey özünün qalmaqala səbəb olan fikirlərini daha sonra belə davam etdirir: "Vurğunun “Vaqif”i ya savadsızlığın, ya da ideoloji sifarişin əliylə Azərbaycan tarixi ədəbiyyatına yaxılan bir ləkədir.

“Xalq şairi” bu əsərlə milli tarixin üzünə sulfat turşusu atdı. Qacar öz zamanında, başqa bir şairimiz Əlizadə Nurinin “yazıq canavar, bu qədər qoyunu necə yeyəcəksən” misrasındakı yazıq canavar idi. Vaqif və vaqiflər Azərbaycanın dövlətçilik tarixinin xərçəng hüceyrələri idi, Qacar milli dövləti qorumaq üçün onları kəsib atmaq istəyirdi, təəssüf ki, gecikmişdi. Vaqiflər metastaz verib bütün Azərbaycan xalqının mənəviyyatına yayılmışdı. Səməd Vurğun da bu mənəviyyatın qarnından çıxmışdı".

Geri qayıt