Əsas Səhifə > Şou-biznes > "Sezonun sonunda heç vaxt səbəb açıqlamadan onlarla sağollaşmışam"
"Sezonun sonunda heç vaxt səbəb açıqlamadan onlarla sağollaşmışam"11-03-2023, 10:18 |
“Komanda işini çox sevirəm. “Tək səbir” layihəsindən sonra komanda işi qurmağa çalışdım. Bir-birinin ardınca seriallarımız çəkildi. İnsanın komandasının sağlam olması da onun xoşbəxtliyidir. Bu xoşbəxtliyi mütləq şəkildə insan özü qurmalıdır. Kollektivimizdə kiminsə problemi olanda, mənim də ürəyim sıxıntılı olur, o vaxta qədər ki, həmin insanın problemi olmur. Fərdi olaraq hər-hansısa uğurun tərəfdarı olmamışam. Mən də stendap edə bilərdim, monoloq deyə bilərdim, konsert verə bilərdim. Paylaşılmayan uğuru sevmirəm. Layihələrim olub, 5-6 il bəlkə də tamaşaçı bilməyib ki, bu mənim layihəmdir. Çünki kadrarxası olmuşam, görünməmişəm. Rəngli həyatı sevirəm. Kiminləsə bir iş görürəmsə, onun uğuru üçün çalışıram, öz uğurum üçün yox. Uğura doymuşam”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında aktyor, prodüsser Elməddin Cəfərov deyib. “Komanda yoldaşlarıma da demişəm ki, mən işdə müdir, sizi idarə edən deyiləm. Siz hamınız mənim, mən də sizin iş yoldaşınızam. Biz bir komandayıq, hamımız bir fərdik. Hər bir problemin o biri tərəfində mehriban ortam, hər mehriban ortamın o biri tərəfində gərginlik var. Bəzən elə insanlar olub ki, onlarla sağollaşmışam. Heç vaxt, heç kimi yarı yolda qoymaram. Sezonun sonunda heç vaxt səbəb açıqlamadan onlarla sağollaşmışam. Səbəbini özünə demirəm” deyə aktyor bildirib. Elməddin Cəfərov teatr aktyorlarının kamera qarşısında yaşadığı çətinliklərdən də danışıb. “Teatrda çalışan aktyorların bəzən kamera ilə işləmək problemləri, çətinlikləri olur. Mənim teatr aktyorlarına çox böyük sayğım var. Teatrda bir ton yuxarıdan oynamalısan ki, sonuncu sıradakılar da sənin səsini eşitsin. Kamerada bu cür problemimiz yoxdur. O səni həm qabaqdan, həm də uzaqdan göstərir. 20-30 il teatrda üst tonda oynadığına görə, kameranın qarşısında eyni performansı edəndə o süni görünür. 3-5 ay arası adaptasiya prossesi gedir” deyə aktyor bildirib. Aktyor sosial şəbəkələrdən istifadə etmədiyini bildirib. “Sosial şəbəkələrdən istifadə etmirəm. Kütləvi paylaşımları və paylaşılmağı sevmirəm. İnsanların bir düymə ilə, bu qədər yaxın mənə çıxmağını istəmirəm. O mənim azadlığımı əlimdən alır. Bu eqo, falan deyil” deyə aktyor bildirib. Geri qayıt |