Əsas Səhifə > Şou-biznes > “İlhamə Quliyeva ayağa qalxıb məni alqışladı”
“İlhamə Quliyeva ayağa qalxıb məni alqışladı”4-03-2023, 09:05 |
“İnstaqramda Allah Puqaçovanı izləyirəm. Bəzən bir-birimizdən xəbərsiz geyimlərimiz eyni olur. Bu məndə təəccüb doğurur. Hətta saç düzümlərimiz də eyni olur. Mənə çox qəribə gəlir ki, bu ona necə gedib çatır?! Özü izləməsə də, fanatı məni izləyir. Bəzən insanların fikirləri, düşüncələri bir-birinə oxşayır. Düşünürəm ki, bundan qaynaqlanır”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. “Mahnıları yazıdırıb, ortalığa çıxarmıram. Mənim bədbəxtçiliyim burdadır. Efirlərə də gedirsən, deyirlər ki, şən mahnı oxu. Bəs lirik mahnıları harada oxuyaq? Röya Ayxan “Dərdimdən kim öləcək” mahnımı istəmişdi, dedim ki, qurbandır. Nəinki ona, mahnılarım hamıya qurbandır. “Vurulmuşam” mahnımı hamı istəyir, hamı da oxuyur. Mən paxıl müğənni deyiləm ki, mahnılarımı oxumağa kiməsə icazə verməyim. Əzizləyib saxlayırlar, heç kimi də qoymurlar ki, ifa etsin. Hətta mahnılarına qısqanclıqla yanaşan İlhamə Quliyeva belə mənə mahnılarını oxumağa icazə vermişdi. Nüşabə Ələsgərlinin ad günündə İlhamə xanımın “Neylərsən?”, və “Kaman” mahnısını ard-arda oxudum. Ayağa qalxıb alqışladı və dedi ki, “mən belə ifa eşitməmişəm”. Əməkdar artist gəlinindən də danışıb. “Gəlinimlə aramızda dostluq var. Gəlin-qaynana münasibətində deyilik. Nə o məndən, nə də mən ondan pis münasibət görməmişəm. O da bir evin qızıdır, xoşbəxt olmağa gəlib. Vaxt gələcək mənim də övladım gəlin olacaq. Onlar gəncdirlər, səhvləri də olsa başa düşmək olar. Başqa evdən bir başqa evə gəlirlər. O evə öyrəşənə qədər, evin abu-havasını götürənə qədər ona zaman lazım olur. Onlara şərait yaratmaq lazımdır” deyə müğənni bildirib. Müğənni həmkarlarına çağırış da edib. “Biz sənət adamları mehriban, dost olmalıyıq. Əvvəl də qalmaqallar, səs-küylü açıqlamalar olub, amma bunların hamısını gizlində ediblər, mətbuata çıxarmayıblar. İndiki kimi efir vasitəsilə bir-birlərinə söz atmayıblar. Bir-birini yıxıb-sürüyürlər, xətrinə dəyirlər, alçaldırlar. Onsuz da səhvsiz insan yoxdur. Bəlkə də gündə səhv edirik. Bunu Allah bilir” deyə müğənni bildirib. Geri qayıt |