Əsas Səhifə > Şou-biznes > “Həyat yoldaşım mənə şamdan hədiyyə etmişdi, onları qoruyub saxlaya bilmədim”
“Həyat yoldaşım mənə şamdan hədiyyə etmişdi, onları qoruyub saxlaya bilmədim”18-02-2023, 10:09 |
“Arzudan-arzu doğur. Bunun üçün də insanın bütün arzuları həyata keçmir. Buna nə ömür, nə də ki, yaş. Elə bir arzum qalmayıb ki, yerinə yetməsin. Sənətimin kuliminasiya nöqtəsini görmək arzusundayam. O kuliminasiya nöqtəsinə çatmağım üçün sənət arzularım tükənmir” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Firuzə İbadova deyib. Müğənni ad günündə ürəyindəki bütün istəklərini bizimlə bölüşüb. “Övladlarımdan çox razıyam. Onlara ali savad vermişəm. Əgər bir valideynin arzusu yarımçıq qalırsa, Allah onun övladlarına şans versin ki, həmin arzuları onlar yerinə yetirsin. Allahdan istəyirəm ki, heç bir ananın arzusu ürəyində qalmasın. Çoxlu konsertlər vermək istəyirəm. Həm qastrol səfərlərinə getmək istəyirəm, həm də xarici səfərlərə. Heç olmasa iki aydan bir konsertlər vermək arzusundayam. Dövlətimə, xalqıma kömək etmək istəyirəm. Bunu aidiyyatı qurumlar edir, amma mən də öz töhfəmi vermək istərdim” deyə sənətkar bildirib. “Doğum günlərinizdə həyat yoldaşınız sizə nə hədiyyə edirdi?” sualına isə sənətkar belə cavab verib. “Nə ad günlərimdə, nə də ki, digər bayramlarda heç vaxt məni təbrik etməyiblər. Söhbət həyat yoldaşımdan gedirsə, 8 martda mənə gözəl şamdanlar bağışlamışdı. İndi istərdim ki, o şamdanlar mənim yanımda olsun. Yəni, çıraq kimi yansın. Sonra bilmədim ki, həmin şamdanların aqibəti necə oldu? Yəqin ki, mən onları qoruyub saxlaya bilmədim. Buna görə də heç nə deyə bilmirəm” deyə sənətkar bildirib. “Şövkət Ələkbərovaya nankorluq edən tələbəsi oldumu?” sualına isə sevilən müğənni belə cavab verib. “Şövkət xanım elə bir sənətkar, insan idi ki, heç kimin qəlbinə dəyməzdi. Ona kim nankorluq edə bilərdi ki?! Nankorluq edən hər kimdirsə, bunu özü bilirsə o Şövkət xanımın yəqin ki, halallığını almayıb. Mən bilən Şövkət xanıma qarşı etibarlı, vəfalı tələbələri daha çox olub.Aybəniz Haşımova, Aygün Bayramova, Almaz Orucova, Nuriyyə Hüseynova, Zakir Əliyev və s. tələbələri ona çox vəfalı olub. Bilirsiniz ki, Aybəniz Haşımova bu 30 ildə onun üçün necə böyük tədbirlər, yaradıcılıq gecələri keçirib. Bu mənim gözümün qabağında olub, bunları danmaq olmaz. Vəfasızlıq edəni mən bilmirəm. Şövkət xanım elə bir sənətkardır ki, onun sənətindən sənətkarların özü həmişə qorxub və ehtiyyat ediblər. Əslində Şövkət xanım çox yumuşaq, məxmər xasiyyətli kübar bir xanım idi” deyə sənətkar bildirib. Geri qayıt |