Əsas Səhifə > Şou-biznes > "Allah məni güclü edəndən sonra xəstəlik dərdini mənə verdi..."

"Allah məni güclü edəndən sonra xəstəlik dərdini mənə verdi..."


17-02-2023, 09:09
"Allah məni güclü edəndən sonra xəstəlik dərdini mənə verdi..."
“Hər kəsin öz dərdi, problemi var. Bir neçə ildir ki, hamının problemi var. Ümumiyyətlə pandemiyadan sonra hələ də tam normal həyata qayıda bilməmişik. Psixoloji baxımdan deyirəm. Bunu tamaşaçılar da hiss edir. O vaxt qarmonu şən əhval-ruhiyyə ilə ifa edirdim, xüsusi jestlər, incəliklər göstərirdim. Bu gün o şən əhval-ruhiyyədən əsər-əlamət qalmayıb. Bu tək məndə belə deyil, hamıda belədir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülbahar Şükürlü deyib.

Yoldaşımın məclisində o qədər insan ağlayırdı ki. Hərdən deyirlər ki, hər kəs öz dərdi üçün ağlayır. 5-ci Zahid üçün ağlayırdısa, 25-i öz dərdi, əzizləri üçün ağlayırdı. Xoşbəxt insan yoxdur, xoşbəxt anlar var. Bu gün ölüm də cavanlaşıb. Ölüm çoxalıb deyə ucuzlaşıb. Əvvəllər deyirdilər ki, filankəs 95 yaşında öldü. İndi 50 yaşına kimi yaşasaq böyük işdir. Ölümdən qorxmuram. Bəzən fikirləşirəm ki, Allah məni güclü etdi, sonra dərdi mənə verdi” deyə qarmon ifaçısı bildirib.

Gülbahar Şükürlü səhhətindən də danışıb.

“İnsanın adi bir dişi, başı ağrıyanda özünü idarə edə bilmir. Bir neçə il bundan əvvəl beyin əməliyyatı keçirmişdim. Bu gün də həkimlərin nəzarətindəyəm. Məndən nigaran qalan hər kəsə təşəkkür edirəm. Zəng edirlər, maraqlanırlar. Bəzən deyirlər ki, adamın həkimə işi düşməsin. Bu mümkün deyil. Heç kim xəstələnməsin, amma həyatın bu üzü də var da. Allah dərd verəndə, dərmanını da verir. Bəlkə də 5 il bundan əvvəl qalib gələ bilərdim, amma yoldaşım Zahiddən sonra çox pis günlər yaşadım. Hərdən öz-özümə danışıram ki, ay Zahid, nəyin qisasını aldın məndən? Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa bu xəstəlikdən əziyyət çəkəcəm. O qədər əməliyyatlar keçirmişəm ki, bunu bir Allah, bir də mən bilmişəm” deyə qarmon ifaçısı bildirib.

Musiqiçi ailəsindən də danışıb.

“Həm yaxşı anayam, həm də yaxşı qaynana. Gəlinimlə rəfiqəyəm. Qaynana-gəlin münasibəti yoxdur bizdə. Ana tanıyıram ki, qızından elə narazıdır ki. Bəzən deyirlər ki, anaya qız lazımdır, oğul yox. Mən isə deyirəm ki, anaya keyfiyyətli övlad lazımdır. Oğul-qız fərqi yoxdur. Qız var ki, anadan illərdir xəbər tutmur. Oğul tanıyıram ki, anasının qulluğunda dayanır” deyə sənətkar bildirib.

Geri qayıt