Əsas Səhifə > Şou-biznes > “Nağara ifaçısı olanda əllərim qabar bağlayırdı, bir xanım üçün ikiqat əziyyət idi”

“Nağara ifaçısı olanda əllərim qabar bağlayırdı, bir xanım üçün ikiqat əziyyət idi”


16-02-2023, 09:00
“Nağara ifaçısı olanda əllərim qabar bağlayırdı, bir xanım üçün ikiqat əziyyət idi”
“1-ci sinifdən musiqi ilə məşğulam. Özüm üçün kiçik bir dünya yaratmışdım. Ailəmdən icazə vermişdilər ki, nağara musiqi alətinə gedim. Amma atam, əmilərim müğənni olmağımı istəmirdilər. O qədər musiqiyə bağlı olmalısan ki, gəlib yüksək səviyyəyə çata biləsən. Evdə piano olmayıb, qonşuya, qohumların evinə getmişəm. Musiqi mənim üçün hər şeydir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Aygün Bəylər deyib. Müğənni müğənnilikdən əvvəl nağara musiqi alətinə getdiyini bildirib.

“Nağara aləti ilə tanışlığım məni toylara aparıb çıxardı. Qız toylarına gedirdim. Özünüz də bilirsiniz də qız toyları necə keçir? Əllərim qabar, suluq baqlayırdı. Evə çörək aparırdım. Ona görə də o ağrıları özümə yaraşdırırdım. Nağara çalan insanların əlləri qabar olur. Bu xanımlar üçün ikiqat əziyyət idi” deyə müğənni bildirib.

Aygün Bəylər bildirib ki, geyimlərinə çox pul xərcləmir.

“Geyimlərə çox pul xərcləmirəm. Qarderobumda hündürdaban ayaqqabılar demək olar ki, yoxdur. Bir-iki dəfə çəkilişlərdə lazım olub, geyinmişəm. O cür özümü çox narahat hiss edirəm. Ürək istəmirsə, geyinməyəcəm. İnsanlar məni belə seviblər. Hətta ailəm də, yaxınlarım da deyir ki, sənə bu geyimlər, papaq yaraşır. İllər keçdi, imicim də, musiqim də, sənətim də bir-biri ilə vəhdət tapdı, dostlaşdı. Həmişə arzulamışam ki, fərqlənim, seçilim” deyə sənətkar bildirib.

Aygün Bəylər musiqi ilə ciddi məşğul olmayanlardan da danışıb.

“Sənəti sevmək lazımdır. Bu gün əlbəttə ki, bayağı ifalar var. Gözümü açandan böyük sənətkarların yanında olmuşam. Onlar həmişə deyirdilər ki, qızım, pisi görməsələr, yaxşının qiyməti bilinməz. Həqiqətən də elədir. Bu gün bayağı mahnını da, musiqini də elə gözəl təqdim etmək olar ki, o bayağılıqdan çıxa bilər. Hər şey müğənninin, musiqiçinin öz əlindədir” deyə sənətkar bildirib.

Geri qayıt