Əsas Səhifə > Şou-biznes > “4 tələbədən biri bacım oğludur”
“4 tələbədən biri bacım oğludur”13-02-2023, 08:58 |
“İtkin düşən 4 tələbələrdən biri də bacım oğlu Şahin Vəliyevdir. Dördü də bir yerdə Malatyada Zəfər məhəlləsində qalırdılar. Fevralın 5-də axşam saatlarında onunla danışmışdıq. Səhəri günü xəbər tutduq ki, zəlzələ olub. Əvvəl yalan xəbərlər yayıldı ki, guya tapılıb. Amma hələ də gözləyirik. Tələbə yoldaşları bütün xəstəxanaları gəzib, amma tapa bilməyiblər. 6-7 mərtəbəli binanın 2-ci mərtəbəsində qalırdılar. Deyilənə görə binanın 2 mərtəbəsi torpağın üstündə qalıb”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Gəncə Dövlət Dram Teatrının aktrisası, “Yuxu kimi” serialında Gülü obrazının ifaçısı Sevinc Hüseynova deyib. “Hələ də bir xəbər yoxdur, axtarışlar davam edir. Heç nə deyə bilmirəm. Artıq danışmağa dözümüm qalmayıb. Allah balamı sağ-salamat, sağ göndərsin. Bütün bina yox olub, nə qonşu qalıb, nə də ki, bir adam. Bilmirik ki, kimdən nə soruşaq?! İnşallah ki, Allah ümidimizi boşa çıxarmaz. Tələbələrdən biri-Gündüzün valideynləri, qardaşı ordadır. Mənim qardaşım da hadisəni bilər-bilməz Malatyaya yola düşdü” deyə aktrisa bildirib. Qeyd edək ki, Baku TV bu gün tələbələrimizin olduğu dağıntıdan səsin eşidilməsi ilə bağlı məlumatlar yayıb. Hətta xilasedici də faktı təsdiqləyib. “Soyuducunun arxasında bir nəfərin hərəkət etdiyinin şahidi olduq. Tam görünmürdü, bilmədik ki, insandır ya heyvan. İnsan olduğunu düşünürük. Hərəkətləri çox zəif idi. Hətta ona dedik ki, bizi eşidirsənsə 3 dəfə divara vur. Bir dəfə divara vurdu. Dediyimiz hər şeyi etdi. 144-cü saatdayıq, inşallah bir möcüzə olar” deyə xilasedici bildirib. Geri qayıt |