Əsas Səhifə > Şou-biznes > “Canlı efirdə geyinib-soyunurlar, bir-birilərini söyürlər, ər davası edirsiniz?”
“Canlı efirdə geyinib-soyunurlar, bir-birilərini söyürlər, ər davası edirsiniz?”11-02-2023, 09:51 |
“Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki deyil. Var dövlətləri ilə insanlara acıq verirlər. Nahaq yerə! Bu Allaha da xoş deyil! İnsanın var-dövlətdən gözü, nəfsi doymalıdır. Müğənni var ki, heç evi yoxdur. Şəhərdə bahalı maşınla gəzir, krediti var, amma maşın da kreditə götürür ki, özünü göstərsin. İtə də borcu var, qurda da. O vaxt dəb düşmüşdü, müğənnilər başqalarının evində çəkiliş edirdilər. Elə indi də var. 3 aylıq kreditə götürdüyü bağ evini öz evi kimi insanlara göstərir. Nəyin var onu göstər də” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. “Kimdə nə yoxdursa ondan danışır. Burada çox mövzulardan söhbət gedir. Xırdalamaqa qalsa vaxtımız çatmaz. Bakı balaca yerdir, hamı bir-birini tanıyır. Namusu olmayan namusdan, vicdanı olmayan vicdandan danışır. Efirdə bir dəfə saqqız çeynədim, az qala xalq düşməni etmişdilər məni. Camaat elə efirdə geyinib-soyunur, onlara niyə danışmırsınız? Vallah adam utanır efirlərə baxmaqa! O bunu söyür, bu onu söyür! Ər davası edirsiniz?!” deyə sənətkar bildirib. “Bu gün qarmona xanımlar arasında nə dərəcədə maraq var?” sualına isə xanım sənətçi belə cavab verib. “Maraq çoxdur. Eləsi var ki, efirlərə çıxmır, sırf toylara gedir. Gülbaharla mən üzdə olan qarmon ifaçılarıyıq. Biz müğənnilər kimi bir-birimizi qırmırıq. Ümumiyyətlə musiqiçilər çox mehribandırlar” deyə o bildirib. Geri qayıt |