Əsas Səhifə > Şou-biznes > “Yalvar-xahişlə dərsimdə oturur, sonra gedib deyir ki, Arifin tələbəsiyəm”
“Yalvar-xahişlə dərsimdə oturur, sonra gedib deyir ki, Arifin tələbəsiyəm”10-02-2023, 09:34 |
“Xanəndə gərək bütöv olsun. Həvəsin olmağı hər şey demək deyil. Dərs dediyim illərdə elə tələbələr olurdu ki, mənim dərslərimdə oturmaq istəyirdilər. İcazəsini alırdıq, oturub dinləyirdilər. Yalvar-xahişlə dərsimdə oturub, sonra gedib deyirdilər ki, mən Arifin tələbəsiyəm. Bax, buna dözə bilmirdim. Tələbə gərək 4-5 il həmin müəllimdən dərs alsın. Müəllimlik sənəti yaxşı sənətdir. Həm özün öyrənirsən, həm də öyrədirsən”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev deyib. “Bir qızım həkim, digəri müəllimdir. Oğlum hüququ, iqtisadiyyatı bitirib. Onlar mənə çox yaxşı baxırlar. Amma həyat yoldaşım onlardan da yaxşı baxır. O evdə ki, qadın kişiyə yaxşı baxır, o kişi çox yaşayacaq. Amma yoldaşımı çox tərifləyə bilmərəm (gülür). Bir an olsun belə məni tək qoymur, gözümün qabağından getmir. 55 ildir ki, birlikdəyik. Gərək birinin sözü digərinin boğazından keçsin” deyə sənətkar bildirib. Sənətkar Məcnun obrazından da danışıb. “Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Flora Kərimova ilə “Leyli və Məcnun” tamaşasında oynamışam. Amma məni hər zaman Rübabənin Leylisi düşündürüb. Şamla söhbəti səhnəsində həqiqətən də ağlayırdı. İnsan axı ağlayanda səs kallayır. Onun səsinə bu təsir etmirdi. 30 il Məcnun oldum, sonra öz istəyimlə səhnədən ayrıldım. Hər şeyi dadında buraxmaq lazımdır. Mən indi heç oxumuram. İstəyirəm ki, tamaşaçılar məni əvvəl necə görüblərsə, onların yaddaşında da elə qalım” deyə sənətkar qalıb. Geri qayıt |