Əsas Səhifə > Şou-biznes > "Mən sadəcə həmin mahnının o müğənni tərəfindən oxunmasına icazə vermişəm"
"Mən sadəcə həmin mahnının o müğənni tərəfindən oxunmasına icazə vermişəm"1-02-2023, 09:19 |
“Müğənnilər böyük arzularla gəlib mahnılarımı oxuyurlar ki, Aygün Səmədzadənin mahnısını oxuduq. Sonra arxayınlaşırlar, mahnını bir kənara qoyurlar. Mahnılara uzun həyat vermirlər. Mahnılar mənim övladlarımdır. Onları övladlarım kimi qoruyuram. Həddindən artıq çox fikirləşirəm ki, bu mahnımı kim oxusa daha yaxşı olar?! Başqa müğənnilər inciməsin, konkret ifaçılar var ki, əksər hallarda onlarla çalışıram”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Aygün Səmədzadə deyib. “Hər bir mahnımın öz yazılma anı var. O an mənim içimdə nə baş veribsə mən onu ortaya çıxarmışam. Ona görə də mən əsərlərim arasında ayrı seçkilik qoya bilmərəm. Bəstələdiyim əsərlərin əksəriyyətinin sözləri şairlərə məxsusdur. Mən ilk növbədə onların fikrini musiqiyə köçürürəm. Mahnının hüquqlarını heç bir bəstəkar satmır. Mən mahnılarımı kiməsə qonorar qarşılığında verirəmsə o zaman mahnımın hüquqlarını vermirəm. Mahnının hüquqları məndədir. Mən sadəcə həmin mahnının o müğənni tərəfindən oxunmasına icazə vermişəm” deyə sənətkar bildirib. Xalq artisti musiqimizin bu günki səviyyəsindən də danışıb. “Çalışıram ki, yaxşı musiqiləri eşidə bilim. Çünki mənim bir musiqiçi kimi yaxşı səslər eşitməyə, musiqimizin gələcəyini yaxşı görməyə ehtiyacım var. 2-3 televiziya kanalından başqa digər telekanallar zövqsüz ifaları təbliğ edirlər. Biz bəzən deyirik ki, “hər şey ələnəcək, zaman hər şeyi yerinə qoyacaq”. Bu artıq olmayacaq. Böyük bir yaş həddinə gəlmiş insanların da zövqü korlanıb. Bəzən efirlərdə görürəm ki, vaxtilə çox hörmətli hesab olunan aparıcılar, bu gün o zövqsüz müğənnilərlə yanaşı veriliş aparırlar, onları tərifləyirlər. Bizdə heç kim mahnı yazmasa belə Azərbaycan musiqisinə heç bir xələl gəlməz. Çünki ehtiyatlarımız çoxdur. Müğənni heç olmasa not bilməlidir" deyə sənətkar bildirib. Geri qayıt |