Əsas Səhifə > Şou-biznes > “Mədəniyyət Nazirliyini “çinovnik” anlayışından azad etmək lazımdır”

“Mədəniyyət Nazirliyini “çinovnik” anlayışından azad etmək lazımdır”


25-01-2023, 16:49
“Mədəniyyət Nazirliyini “çinovnik” anlayışından azad etmək lazımdır”
“Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kinonun inkişafında heç bir rolu yoxdur, sıfır. Azərbaycan Kinematoqrafçılar İttifaqının müəyyən cəhdləri, xoş siqnalları var. Onlar heç olmasa müəyyən gənc ssenaristlər arasında müsabiqələr keçirirlər, onları üzə çıxarırlar. Hətta hərdən qısametrajlı film çəkməyə də büdcə ayırırlar. Bunlar hamısı, əlbəttə ki, təqdirəlayiqdir”.
DİA.AZ bildirir ki, bunu Yeniavaz.com-a müsahibəsində aktyor Azər Aydəmir deyib.
“Mədəniyyət Nazirliyi kinonun çəkilməsinə, kinonun çox olmasına, kino cəmiyyətinin məşğul olmasına və pul qazanmasına sövq etməlidir. Dəstək olmalıdır, bu, onun işidir. Amma necə ki, bir az inanmırdıq, küsmüşdük, kinodan əlimizi üzmüşdük, Nazirlik də sanki belə bir davranış sərgiləyir. Özü bilavasitə bunun generatoru ola-ola, özü öz kinosundan küsüb. Odur ki, ancaq lazımi filmləri istehsala buraxır və lazımi ssenarilərə diqqət yetirir. Bu son 2 il ərzində və ondan qabaqkı rəhbərliyin vaxtında sırf metodika ilə işləyirdilər. Son 2-3 ayda Mədəniyyət Nazirliyi yenidən fundamental dəyişikliklərə məruz qaldı. İndi yenə də ümidlənib gözləyirik ki, Nazirliyin bütün əməkdaşları, elə üst qurumu da, nazirin özü də biz bu cür gözəl ortamda oturub necə kofe içiriksə, onlar da hamısı bizimlə oturub kofe, çay içməlidir. Biz yalnız belə bir-birimizi başa düşə bilərik. Mədəniyyət Nazirliyinin orta zəncir vəzifələrin mənsubları öz işlərinə çox bürokratik yanaşırlar, onları götürsən, Səhiyyə Nazirliyində, Maliyyə Nazirliyində də eyni funksiyanı yerinə yetirəcəklər. Məncə, Mədəniyyət Nazirliyini “çinovnik” anlayışından azad etmək lazımdır”, - aktyor bildirib.

Geri qayıt