Əsas Səhifə > Şou-biznes > Sos: Ökənin əksəriyyəti Azər Zahidin “Təkərinə” düşüb

Sos: Ökənin əksəriyyəti Azər Zahidin “Təkərinə” düşüb


25-01-2023, 09:09
Sos: Ökənin əksəriyyəti Azər Zahidin “Təkərinə” düşüb
İzləyənlər bilir ki, keçən il təkbaşına “Tik-Tok”dakı jeton mafiyası ilə mübarizə apardım və oranı əxlaqsızxanaya çevirən, mənə : “bura əyləncə platformasıdır, sizin burada nə işiniz var?” , – deyən məmur və oliqarx uşaqlarına qalib gəldim. Həmin sırada ölkənin ən varlı ailələrinin uşaqları vardı.

Başlarında da “MG” niki ilə ora girən, bir vaxtlar Prezidentin köməkçisi Əli Həsənovun köməkçisi işləmiş , Sədərək bazarının sahibi Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli də vardı. Onların hamlsı bir müddət “Tik-Tok”u atıb qaçdılar.

İndi Azər Zahid adlı bir odioz aparıcının layihəsində yenə görünməyə başlayıblar. Azər Zahid milli mənəvi dəyərlərimiz deqeradasiyaya uğradan, söyüşün biri bir qəpik olan, ərsəyə gətirdiyi “tokşounun” iştirakçıları qaldıqları otel otaqlarında bir-birinin lüt videosunu çəkib paylaşan bir tamaşaya 80 min adamı baxmağa məcbur edir.

Bəli, məhz məcbur edir. Çünki mən də çıxıb efir qarşısında istədiyimi danışsam, nalayiq hərəkətlər etsəm , izləyici sayım maksimuma çatacaq.

Heç bir lisenziya almadan ölkədə böyük qazanc gətirən qumar oyunu təşkil etməklə, vergi ödəmədən hər gün aşağısı 10 min dollara yaxın pul qazanır. Onun bu tələsinə düşən sadə vətəndaşlar olub – qalan pullarını verib jeton alıb, Azər Zahidin şousuna atır.

Mən bir az əvvəl həmin verilişi canlı yayımda sərt tənqid edirdim. Canlımda 500-dən çox adam vardı. Azər Zahid və onun ortaqları bahalı pullu şikayət paketləri ilə canlı yayımdan şikayət edərək, canlı transliyasiya etmək imkanlarımı məhdudlaşdırdılar. Görün, ölkənin informasita təhlükəsizliyi kimin əlində aciz qalıb?

Mehman Qədimbəyli ilə Azər Zahid tandemi mənə “Tik-Tok” üzərindən yayım aparmağa imkan vermir. Ölkənin əlaqədar qurumları hara baxır? Niyə başdan-ayağa fırıldağ olan, mənəvi dəyərlərimizə həqarət yaradan “Təkər” adlı tok-şounu bağlayıb, araşdırma aparmırlar?

Bunu bir az da boş buraxsanız, daha ciddi fəsadların şahidi olacaqsınız. Həmin şouda iştirak edib , çıxan bir çox tanınmış simalar Azər Zahidin verilişdə əsl dələduzluqla məşğul olduğuna dair iddialar səsləndiriblər. Həmin videolar internetdə çox yayılıb. Elə onları dəvət edib, cinayətin izinə düşmək olar.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Geri qayıt