Əsas Səhifə > Şou-biznes > “İlahə mərd qızdır, savadlıdır, görünür qarşı tərəf onu bərk qıcıqlandırır”
“İlahə mərd qızdır, savadlıdır, görünür qarşı tərəf onu bərk qıcıqlandırır”24-01-2023, 09:50 |
“İlahə ilə 4 il konservatoriyada bir kursda oxumuşam. Çox mərd qızdır, canım-ciyərimdir. Həm də savadlı, ali təhsillidir. Danışığı, səhnə mədəniyyəti yüksəkdir. Zövqü, sənəti göz qabağındadır. Bilmirəm İlahə niyə belə açıqlamalar verir?! Görünür ki, qarşı tərəf onu bərk qıcıqlandırır. İlahəyə tövsiyyəm odur ki, boş buraxsın. Hər eşitdiyi sözə inanmasın, cavab verməsin”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. Tanınmış müğənni Şəhla Həmidova da iki müğənni arasında yaşanan qalmaqala münasibət bildirib. “Bu məlumatı sizin saytınızda oxudum. Sözün düzü, deyim ki, heç də xoşagələn hal deyil. Kimin kimləsə nəsə münaqişəsi olubsa bitib. Bunu yenidən gündəmə gətirmək düzgün deyil. Hər ikisi sənətkardır, arzu edərdim ki, sənətlə gündəmə gəlsinlər. Mən bilmirəm söhbətin əvvəli nədir, amma nələrinsə qisasını illər keçəndən sonra almaq acizlikdir. Bu mövzuya sosial şəbəkələrdə də rəy bildirirlər. Yer üzündə günahı olmayan adam yoxdur. Hər insan ağzından çıxan sözə diqqət etməlidir. Tacir Şahmalıoğlu deyib ki, mən onun müəllimi olmuşam, o mənim fanatım olub. Birincisi inanmıram ki, İlahə xanımın müəllimi olub. İkincisi də olmusan-olmusan da, lap yaxşı, burada nə var ki?! Kişi etdiyini başa vurmaz, deməz! Eyni şeyi 2-3 ildən bir deyir, bu nə qədər olar?!” deyə o bildirib. Şəhla Həmidova bildirib ki, əslində bütün söhbətlərə müğənni Fədayə Laçın son qoymalıdır. “Əslində dava kimin üstündədir, amma dava edənlər kimdir?. Əvvəlindən gərək Fədayə xanım bu söhbəti bağlayardı, qıfılını da uzaq bir yerə atardı. Fədayə xanım gərək imkan verməzdi ki, o (Tacir) bu haqda danışsın. Mən inanıram ki, o bütün bu söz-söhbətlərə son qoyacaq. Ən azından onların hər birinə xalqımız hörmət qoyur. Mədəniyyətlə gündəmə gəlmək lazımdır” deyə sənətçi bildirib. Geri qayıt |