Əsas Səhifə > Şou-biznes > “İbrahim Tatlısəs mənim maşınımı sürdü, dedi ki, məni gəzməli yerlərə apar”

“İbrahim Tatlısəs mənim maşınımı sürdü, dedi ki, məni gəzməli yerlərə apar”


12-01-2023, 11:03
“İbrahim Tatlısəs mənim maşınımı sürdü, dedi ki, məni gəzməli yerlərə apar”
“Xalqın, tamaşaçıların mənə çox istəyi, diqqəti var. Nə vaxtsa hiss etsəm ki, o istək qurtarıb, sevilmirəm, üzüsulu özüm çıxıb gedərəm ki, qoy hörmətli qalım. Sənətdən gedəndə də hörmətli getmək lazımdır. Hələ səhnədən getmək haqqında düşünmürəm. Sənətimlə, işlərimlə, mahnılarımla məşğulam”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Manaf Ağayev deyib.

“Bəzən efirdə qonaq oluruq, bizə nə sual ünvanlayırlarsa onlara da cavab veririk. Bu efirdir, verilişdir. Bizim həyatımızın, sənətimizin ayrılmaz bir hissəsidir. Ola bilər ki, efir vasitəsilə tam başqa cür görünürük. Bəzən həyatda məni görən insanlar deyir ki, siz nə qədər sadə insansınız, bəs efirdən niyə belə görünmürsünüz? Mənə bir addım gələn insana, mən iki addım gedərəm. Mən belə bir insanam. Çox kövrək biriyəm, kiminsə qəlbinə dəyəndə o gecəni yata bilmərəm” deyə müğənni bildirib.

Manaf Ağayev məşhur türkiyəli müğənni İbrahim Tatlısəs ilə görüşündən də danışıb.

“Mən gözəl müğənnimiz Nüşabə Ələsgərlinin oğlunun kirvəsiyəm. İbrahim Tatlısəsi övladının toyuna danışmağa gedəndə mən də onunla getmişdim. Onu Bakıda şəxsən öz maşınımla qarşıladım. O vaxt avtomobilimi yeni almışdım. 35 nəfər böyük ansamblla gəlmişdi. İbrahim Tatlısəs maşınımda oturub, idarə etdi. Sonra mənə dedi ki, 4-5 saat vaxtımız var, məni şəhərin hansısa yerinə apara bilərsən?! Dedim ki, əlbəttə! Bulvarda oturub çay içdik və bir xatirə fotosu çəkdirdik. Həmin şəkili böyütdürüb evdən asmışam. Şəhər sakinləri gözlərinə inanmırdılar ki, İbrahim Tatlısəs mənim yanımda gəzir. İbrahim mənim Qarabağlı olduğumu bilirdi” deyə müğənni bildirib.

Geri qayıt